Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:11, 17 aprel 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Rəşid bəy Əfəndiyev adına Şəki Tarix Diyarşünaslıq Muzeyi
Rəşid bəy Əfəndiyev adına Şəki Tarix Diyarşünaslıq Muzeyi
Şəki Tarix-Diyarşünaslıq Muzeyinin binası.
Əsası qoyulub 1925
Mövzu arxeologiya, etnoqrafiya
Yerləşir Şəki, Qala divarları 1
Kolleksiyası 5000-dən çox eksponat
Direktor Vüqar Mustafayev
Telefon (+99424) 24 4 37 02
Commons-logo.svg Commonsda da Rəşid bəy Əfəndiyev adına Şəki Tarix Diyarşünaslıq Muzeyi ilə əlaqəli mediafayllar var

Rəşid bəy Əfəndiyev adına Şəki Tarix Diyarşünaslıq Muzeyi — 1925-ci ildən Şəkidə fəaliyyət göstərən diyarşünaslıq muzeyi.

Tarixi

Şəki Tarix-Diyarşünasliq Muzeyi 1925-ci ilin sentyabr ayında yaradılmışdır. Muzeyin 1980-ci ildən bəri fəaliyyət göstərdiyi hazırkı binası 1895-ci ildə tikilmiş hərbi kazarmadır.

Muzeyin ümumi sahəsi 924 m²-dir. Bunun 724 m²-də ekspozisiya zalları yerləşir. Muzeydə Şəkinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını, mətbəxini əks etdirən 5000-dən çox eksponat nümayiş etdirilir. Eyni zamanda Böyük vətən müharibəsi (1941 – 1945-ci illər), Əfqanıstan və Qarabağ müharibələrində şəkililərin şücaətini dair stendlər quraşdırılmışdır.

Muzey aşağıdakı şöbələrdən ibarətdir:

  1. Təbiət
  2. Qədim dövr
  3. Etnoqrafiya
  4. Cumhuriyyət
  5. Elm,mədəniyyət,səhiyyə xadimləri
  6. Döyüş şöhrəti
  7. İpəkçilik
  8. Kənd təsərrüfatı
  9. Şəkinin süfrə və mətbəx mədəniyyəti
  10. Lektoriya

İstinadlar