Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Rəcəb Əfəndizadə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Haqqında məlumatlar) tərəfindən edilmiş 18:56, 19 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rəcəb Əfəndizadə
Əfəndizadə (Əfəndiyev) Rəcəb Əsədulla oğlu
Rəcəb Əfəndizadə
Rəcəb Əfəndizadə 1922-ci ildə.
Doğum tarixi 1893(1893-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfatı 20 dekabr 1956 (63 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ

Rəvəb Əfəndizadə (1893 – 1956) — maarif xadimi, pedaqoq-alim, yazıçı vә tәrcümәçi.

Haqqında məlumatlar

1893-cü ildə Nuxada, sənətkar ailəsində anadan olub.

Təhsili

1902 – 1903-cü illərdə Nuxadakı mədrəsədə,

1903 – 1909-cu illərdə isə altısinifli şəhər məktəbində oxuyub.

1909 – 1914-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb.

1930-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin pedaqogika fakültәsini bitirib.

Əmək fəaliyyəti

Rəcəb Əfəndizadə 1952-ci ildə.

1914 – 1915-ci illərdə Göyçay şәhәr mәktәbinin,

1915 – 1922-ci illərdə Nuxa kişi-qadın gimnaziyasının,

1920 – 1927-ci illərdə Nuxa Pedaqoji Texnikumunun,

1927 – 1929-cu illərdə isə Tiflis Pedaqoji Texnikumunun direktoru olub.

1929 – 1943-cü illərdə Azərbaycan SSR Xalq Maarifi Komissarlığında kadrlar üzrə inspektor olub. O cümlədən,

1929 – 1934-cü illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunda əvvəl müəllim, 1933-cü ildən isə dosent vəzifəsində çalışıb.

1945 – 1949-cu illərdə Azәrbaycan Dövlәt Qiyabi Pedaqoji İnstitutunda tәdris vә elmi işlәr üzrә direktor müavini, pedaqogika kafedrasının müdiri olub.

Elmi və yaradıcı fəaliyyəti

Ali Pedaqoji İn-tda müәllim vә dosent (1929–34), Azәrb. Dövlәt Qiyabi Pedaqoji İn-tunda tәdris vә elmi işlәr üzrә direktor müavini, pedaqogika kafedrasının müdiri (1945–49) işlәmişdir. “Türk qiraәti” (1918) dәrsliyini nәşr etdirmiş, “İş otağı” (1933), “Müәllimlәrin ixtisasını artırma işinin tәşkili” (1934), “Fiziki coğrafiya” (1935), “İzahlı pedaqoji lüğәt” (1939), “Şagirdlәrin fiziki tәrbiyәsi vә hәrbi hazırlığı” (1942), “Uşaqlarda sәhiyyә vәrdişlәri tәrbiyәsi” (1947) vә s. әsәrlәri ilә Azәrb.-da xalq maarifi vә tәrbiyә işinin elmi-metodiki әsaslar üzәrindә qurulmasında mühüm rol oynamışdır. Avropa vә rus pedaqogikasının klassiklәri Y.A.Komenski, İ.H.Pes talotsi, K.D.Uşinskinin pedaqoji fikirlәrini Azәrb. pedaqogikasına Ə. daxil etmişdir. Ali vә orta mәktәblәr üçün Moskvada nәşr olunan “Psixologiya” vә “Pedaqogika” dәrsliklәrinin ilk tәrcümәçisidir. Ə. bәdii yaradıcılıqla da mәşğul olmuş, uşaqlar üçün “İnsanlar birbirinә möhtacdır” (1911), “Gimnazist Vahid” (1911) vә s. hekayәlәrini, “Axır çәrşәnbә” (1913) pyesini yazmışdır.


Rəcəb Əfəndizadə 1893-cü ildə Nuxa şəhərində sənətkar ailəsində anadan olmuşdur.[1]

Şəkidə mollaxanada (1900-1901), altısinifli şəhər məktəbində (1902-1910), Qori Müəllimlər Seminariyasında (1910-1914) təhsil almışdır. Ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin pedaqogika fakültəsini bitirmişdir (1930). Göyçay ikinci dərəcəli şəhər məktəbində (1914-1915), Şəki kişi-qadın gimnaziyasında müəllim (1915-1922), Şəki Pedaqoji Texnikumunda (1922-1927), Tiflis Pedaqoji Texnikumunda (1928-1929) direktor, Ali Pedaqoji İnstitutda müəllim ve dosent (1929-1934), Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda tədris və elmi işlər üzrə direktor müavini, pedaqogika kafedrasının müdiri (1945-1949) işləmişdir. Rəcəb bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nuxa qəzasında Hökumətin xalq maarifi sahəsində təd-birlərini həyata keçirmiş, "Türk qiraəti" (1918) dərsliyini nəşr etdirmişdir. "İş otağı" (1933), "Müəllimlərin ixtisasını artırma işinin təşkili" (1934), "Xalq maarifi üzrə məlumat kitabı" (1935), "Fiziki coğrafiya" (1935), "Qiyabi təhsil sistemində şifahi konsultasiya" (1936), "İzahlı pedaqoji lüğət" (1939), "Şagirdlərin fiziki tərbiyəsi və hərbi hazırlığı" (1942), "Uşaqlarda səhiyyə vərdişləri tərbiyəsi" (1947) və s. əsərləri Azərbaycanda xalq maarifi və tərbiyə işlərinin elmi-metodik əsaslar üzərində qurulmasında mühüm rol oynamışdır. Avropa və rus pedaqogikasının klassikləri Y.A.Komenski ("Didaktik prinsiplər"), İ.H.Pestalotsi ("Seçilmiş pedaqoji əsərləri") və K.D.Uşinskinin ("Məktəbdə təlim-tərbiyə işləri haqqında") irsi Azərbaycan pedaqoji fikrinə ilk dəfə Əfəndizadənin tərcümələri vasitəsilə daxil olmuşdur. Əfəndizadə ali və orta məktəblər üçün Moskvada nəşr olunmuş "Psixologiya" və "Pedaqogika" dərsliklərinin də ilk tərcüməçisidir. Əfəndizadə bədii yaradıcılıqla da məşğul olmuş, uşaqlar üçün "İnsanlar bir-birinə möhtacdır" (1911), "Gimnazist Vahid" (1911), "Kimdir o", "Namus" (1915), "İntiqam" (1915) hekayələrini, "Axır çərşənbə" (1913) pyesini və s. yazmışdır.[2]

Ədəbiyyatİstifadə edilmiş mənbələr

  1. Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. - səh. 250.
  2. Sitat səhvi: Invalid <ref> tag; no text was provided for refs named :0