Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Rəcəb Əfəndizadə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:R'''Rəcəb Əsədulla oğlu Əfəndizadə''' (1893, Şəki - 20.12.1956, Bakı) – maarif xadimi, pedaqoq-alim, yazıçı, t...' ilə yarat) tərəfindən edilmiş 00:27, 26 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search

Rəcəb Əsədulla oğlu Əfəndizadə (1893, Şəki - 20.12.1956, Bakı) – maarif xadimi, pedaqoq-alim, yazıçı, tərcüməçi, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasın məzunu.[1]

Həyatı

Rəcəb Əfəndizadə 1893-cü ildə Nuxa şəhərində sənətkar ailəsində anadan olmuşdur.[2]

Şəkidə mollaxanada (1900-1901), altısinifli şəhər məktəbində (1902-1910), Qori Müəllimlər Seminariyasında (1910-1914) təhsil almışdır. Ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin pedaqogika fakültəsini bitirmişdir (1930). Göyçay ikinci dərəcəli şəhər məktəbində (1914-1915), Şəki kişi-qadın gimnaziyasında müəllim (1915-1922), Şəki Pedaqoji Texnikumunda (1922-1927), Tiflis Pedaqoji Texnikumunda (1928-1929) direktor, Ali Pedaqoji İnstitutda müəllim ve dosent (1929-1934), Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda tədris və elmi işlər üzrə direktor müavini, pedaqogika kafedrasının müdiri (1945-1949) işləmişdir. Rəcəb bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nuxa qəzasında Hökumətin xalq maarifi sahəsində təd-birlərini həyata keçirmiş, "Türk qiraəti" (1918) dərsliyini nəşr etdirmişdir. "İş otağı" (1933), "Müəllimlərin ixtisasını artırma işinin təşkili" (1934), "Xalq maarifi üzrə məlumat kitabı" (1935), "Fiziki coğrafiya" (1935), "Qiyabi təhsil sistemində şifahi konsultasiya" (1936), "İzahlı pedaqoji lüğət" (1939), "Şagirdlərin fiziki tərbiyəsi və hərbi hazırlığı" (1942), "Uşaqlarda səhiyyə vərdişləri tərbiyəsi" (1947) və s. əsərləri Azərbaycanda xalq maarifi və tərbiyə işlərinin elmi-metodik əsaslar üzərində qurulmasında mühüm rol oynamışdır. Avropa və rus pedaqogikasının klassikləri Y.A.Komenski ("Didaktik prinsiplər"), İ.H.Pestalotsi ("Seçilmiş pedaqoji əsərləri") və K.D.Uşinskinin ("Məktəbdə təlim-tərbiyə işləri haqqında") irsi Azərbaycan pedaqoji fikrinə ilk dəfə Əfəndizadənin tərcümələri vasitəsilə daxil olmuşdur. Əfəndizadə ali və orta məktəblər üçün Moskvada nəşr olunmuş "Psixologiya" və "Pedaqogika" dərsliklərinin də ilk tərcüməçisidir. Əfəndizadə bədii yaradıcılıqla da məşğul olmuş, uşaqlar üçün "İnsanlar bir-birinə möhtacdır" (1911), "Gimnazist Vahid" (1911), "Kimdir o", "Namus" (1915), "İntiqam" (1915) hekayələrini, "Axır çərşənbə" (1913) pyesini və s. yazmışdır.[1]

İstinadlar

  1. 1,0 1,1 Əfəndizadə Rəcəb Əsədulla oğlu //Azərbaycan Xalq Cümhuriyyətinin ensiklopediyası. Bakı, 2004, s.326.
  2. Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. - səh. 250.

Ədəbiyyat

  • Hikmət çələngi (tərtib edən X.Məmmədov). Bakı. 1997
  • XX əsr Azərbaycan nəsri (tərtib edən X.Məmmədov), Bakı, 1992
  • Qiyasbəyli M.. Rəcəb Əfəndiyev. Bakı, 2001.

Həmçinin bax