Rəcəb Əfəndizadə

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Rəcəb Əfəndizadə
Əfəndiyev Rəcəb Əsədulla oğlu
Rəcəb Əfəndizadə
Rəcəb Əfəndizadə 1922-ci ildə.
Doğum tarixi 1893(1893-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 20 dekabr 1956 (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Elm sahəsi pedaqogika
Elmi adı dosent
Təhsili

 • Qori Müəllimlər Seminariyası (1909–1914)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, pedaqogika fakultәsi (–1930)

Rəcəb Əfəndizadə (1893–1956) — tanınmış maarif xadimi, pedaqoq-alim, yazıçı və tərcüməçi. Nuxa Pedaqoji Texnikumunun ilk direktoru olub.

Haqqında məlumatlar

1893-cü ildə Nuxada (indiki Şəki), sənətkar ailəsində anadan olub.

Təhsili

1902 – 1903-cü illərdə Nuxadakı mədrəsədə,

1903 – 1909-cu illərdə isə altısinifli şəhər məktəbində oxuyub.

1909 – 1914-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb.

1930-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin pedaqogika fakultәsini bitirib.

Əmək fəaliyyəti

Rəcəb Əfəndizadə 1952-ci ildə.

1914 – 1915-ci illərdə Göyçay şəhər məktəbinin,

1915 – 1922-ci illərdə Nuxa kişi-qadın gimnaziyasının,

1920 – 1927-ci illərdə Nuxa Pedaqoji Texnikumunun,

1927 – 1929-cu illərdə isə Tiflis Pedaqoji Texnikumunun direktoru olub.

1929 – 1943-cü illərdə Azərbaycan SSR Xalq Maarifi Komissarlığında kadrlar üzrə inspektor vəzifəsində çalışıb. O cümlədən,

1929 – 1934-cü illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunda əvvəl müəllim, 1933-cü ildən isə dosent vəzifəsində işləyib.

1945 – 1949-cu illərdə Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda tədris və elmi işlər üzrə direktor müavini, pedaqogika kafedrasının müdiri olub.

Elmi-pedaqoji fəaliyyəti

1912-ci ildə – hələ 19 yaşı olarkən, rus dilində qələmə aldığı “Tərbiyə sistemində həvəsləndirmə və cəza” adlı 2 çap vərəqi həcmində elmi-metodik əsəri Qori Müəllimlər Seminariyasının iclasında oxunmuş və yüksək qiymətləndirilmişdir.

1917-ci ildə, tərtib etdiyi 160 səhifəlik “Türk çələngi” adlı dərslik Nuxada çap olunub.

1931-ci ildə “İş yeri seçmənin pedaqoji prinsipləri”,

1933-cü ildə “İş otağı”,

1934-cü ildə “Müəllimlərin ixtisasını artırma işinin təşkili”,

1935-ci ildə “Fiziki coğrafiya”, “Kurs işlərinin metodları”, “Xalq maarifi üzrə məlumat kitabı”,

1936-cı ildə “Qiyabi təhsil sistemində şifahi konsultasiya”,

1939-cu ildə “İzahlı pedaqoji lüğət”,

1942-ci ildə “Şagirdlərin fiziki tərbiyəsi və hərbi hazırlığı” və s. adlı elmi-metodiki işləri çap olunub.

Avropa və rus pedaqogikasının klassikləri Y.A.Komenski, İ.H.Pes Talotsi, K.D.Uşinskinin pedaqoji fikirlərini Azərbaycan pedaqogikasına ilk dəfə Rəcəb Əfəndizadə gətirmişdir. Ali və orta məktəblər üçün Moskvada nəsr olunan “Psixologiya” və “Pedaqogika” dərsliklərinin azərbaycan dilinə ilk tərcüməçisidir.

Ədəbi yaradıcılığı

1911-ci ildə “Yeni İrşad” qəzetində “Gimnazist Vahid, yaxud müəllimlərə ibrət”, “Aclar”, “Əttar dükanında”, “Rahat olmaq istəyirəm”, “Tərbiyə qurbanı” adlı hekayələri,

1912-ci ildə “Məktəb” jurnalında “Axır çərşənbə” pyesi,

1914-cü ildə “İqbal” qəzetində “Kimdir o?” və “Yaxşılıq” adlı hekayələri,

1915-ci ildə “Dirilik” jurnalında hissə-hissə “Namus” povesti dərc olunub.

1917-ci ildə Nuxa mətbəəsində “Namus” povesti kitabça şəklində çap olunub.

Vəfatı

20 dekabr 1956-cı il tarixdə – 63 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Rəcəb Əsədulla oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 154-155. — 1.000 nüsx.
  2. Şükürov R., Orsər R. Rəcəb Əsədulla oğlu Əfəndiyev // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 104-109. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
  3. ƏFƏNDİZADƏ Rəcəb Əsədulla oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 221. — ISBN 978-9952-441-13-0.