Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Rəfiqə Kərimova

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış pedaqoq...' ilə yarat) tərəfindən edilmiş 20:27, 2 mart 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Rəfiqə Kərimova
Kərimova Rəfiqə Məmmədsadıq qızı
Rəfiqə Kərimova
Rəfiqə Kərimova.
Doğum tarixi 27 dekabr 1936(1936-12-27)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 25 fevral 2008 (71 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, filologiya fakültəsi ( – 1957)

Rəfiqə Kərimova (1936 – 2008) — tanınmış mədəniyyət işçisi, Şəki şəhər M.Hacıoğlu adına Mədəniyyət evinin direktoru.

Haqqında məlumatlar

27 dekabr 1936-cı il tarixdə Nuxada anadan olub.

Təhsili

1952-ci ildə Şəki şəhər 11 №-li orta məktəbini,

1957-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib.

Əmək fəaliyyəti

1957 – 1968-ci illərdə Nuxa şəhər 1 №-li internat məktəbində azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyib.

1968 – 2008-ci illərdə — 40 il fasiləsiz, Şəki şəhər mədəniyyət şöbəsində çalışıb, o cümlədən,

1968 – 1974-cü illərdə “Yeni şəhər” klubunun,

1974 – 1998-ci illərdə “Gənclər” klubunun,

1998-ci ildə Ziyalılar evinin,

1998 – 2008-ci illərdə M.Hacıoğlu adına Səki mədəniyyət evinin müdiri olub.

Vəfatı

25 fevral 2008-ci il tarixdə – 71 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

Rəhmanlı Ə. Şəki istedadlarından biri (azərb.) // Kredo : qəzet. — 2018. — В. 22 noyabr. — Səh. 14. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 2 mart 2021.