Rəfiqə Qazıyeva

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Rəfiqə Qazıyeva
Qazıyeva Rəfiqə Salam qızı
Rəfiqə Qazıyeva
Rəfiqə Qazıyeva özünün 80 illik yubiley şənliyində, 2019-cu il.
bayraqAzərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibibayraq
1980 — 1991
Sələfi Güllü Əbilova
Xələfi vəzifə ləğv olundu.
Şəxsi məlumatlar
Doğum tarixi 11 fevral 1939 (1939-02-11) (85 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Milliyyəti azərbaycanlı
Atası Salam Qazıyev
Anası Səidə Qazıyeva (Salamova)
Həyat yoldaşı Rəfael Fərəcullayev
Təhsili

 • M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu

 • Bakı Ali Partiya məktəbi (1970–1973)
İxtisası mədən işlərinin elektronlaşdırılması və avtomatlaşdırılması
Təltifləri
Saytı
(saytının arxiv versiyası)

Rəfiqə Qazıyeva — görkəmli dövlət xadimi; müxtəlif illərdə bir sıra yüksək dövlət vəzifələrində çalışmış, o cümlədən, on ildən artıq müddət ərzində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi olmuşdur.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

11 fevral 1939-cu il tarixdə Bakıda, ziyalı ailəsində anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (mədən işlərinin elektronlaşdırılması və avtomatlaşdırılması ixtisası üzrə) bitirib.

1970 – 1973-cü illərdə Bakı Ali Partiya məktəbində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

Orta məktəbi bitirdikdən sonra Dövlət Layihə İnstitutunda prorabdan mühəndisədək müxtəlif vəzifələrdə çalışıb.

1969 – 1980-cı illərdə Azərbaycan KP Bakı şəhər Nəsimi rayon komitəsində və Azərbaycan KP MK-da işləyib.

1980 – 1991-ci illərdə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi, sonra isə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti sədrinin müavini olub.

1991 – 1992-ci illərdə Azərbaycan Respublikasının Prezident Aparatında dövlət təltifləri şöbəsinin müdiri,

1994 – 1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisində Elmi, dini və mədəni məsələlər üzrə komissiyanın eksperti,

1998 – 2007-ci illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.

İctimai-siyasi aktivliyi[Vizual redaktə | HTML redaktə]

1980-cı ildə 139 nömrəli Kirovabad-Orconikidze seçki dairəsindən X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

7 fevral 1991-ci il tarixdən Azərbaycan Respublikası Ali Sovetinin Qadınların əməyi və məişəti, anaları və uşaqları mühafizə məsələləri daimi komissiyasının sədri olub.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Atası Salam Qazıyev Baş Göynük kəndindən, anası Səidə Salamova isə Nuxa şəhərindən idi (Səidə Salamova Mövsüm Salamovun bacısıdır).

İki övladı və nəvələri var.

Fotoşəkillər[Vizual redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI : Azərbaycan Respublikası Ali Soveti Rəyasət heyətinin fərdi tərkibi haqqında : [arx. 12 Feb 2018 - 24 Jun 2020] // E-qanun.az. — 1991. — 7 fevral. — Müraciət tarixi: 25.09.2021.
  2. Rafiga Kaziyeva : [arx. 25.09.2021] : [rus.] // Rafiga Kaziyeva. — Müraciət tarixi: 25.09.2021.