Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Rəfsan Həbibullayev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:22, 26 may 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rəfsan Həbibullayev
Həbibullayev Rəfsan Namiq oğlu
Rəfsan Həbibullayev
Rəfsan Həbibullayev.
Doğum tarixi 15 may 2005(2005-05-15)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan

Rəfsan Həbibullayev — Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin XI sinif şagirdi. Bir sıra respublika və beynəlxalq fənn olimpiadalarının qalibi, yaxud mükafatçısıdır.

Haqqında məlumatlar

15 may 2005-ci il tarixdə Şəkidə, hərbçi ailəsində anadan olub.

Təhsili

2011 – 2012-ci illərdə Şəki şəhər 18 saylı tam orta məktəbində,

2012 – 2015-cü illərdə Bakı şəhər 299 saylı tam orta məktəbində təhsil alıb.

2015-ci ildən sonra isə orta təhsilini Bakı Dövlət Universiteti nəzdindəki “Gənc istedadlar” liseyində davam etdirib.

Fənn olimpiadalarında uğurları

2 – 11 dekabr 2019-cu il tarixində Qətərin paytaxtı Doha şəhərində yeniyetmələr arasında keçirilən təbiət elmləri fənni üzrə dünya olimpiadasında gümüş medal[1];

2019 – 2020-сi tədris ili üzrə keçirilmiş Respublika fənn olimpiadasında fizika fənni üzrə 9-cu sinif şagirdləri arasında 1-ci yer[2];

19 – 26 iyun 2021-ci il tarixlərində Latviyada keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO 2021) həvəsləndirici mükafat[3].

20 – 24 may 2022-ci il tarixlərində Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilmiş Avropa Fizika Olimpiadasında bürünc medal[4].

Digər

2021-ci ildə hələ 10-cu sinifdə oxudığuna baxmayaraq SAT (Scholastic Aptitude Test) beynəlxalq sertifikatlaşdırma imtahanında iştirak etmiş və 1450 bal toplamışdır.

İstinadlar

Ədəbiyyat

  1. 2019-2020-сi tədris ili üzrə keçirilmiş Respublika fənn olimpiadalarının qaliblərinin adlı siyahısı. https://edu.gov.az/. Azərbaycan Respublikasının Təhsil Nazirliyi. Arxivləşdirilib (30 sentyabr 2020).
  2. Liseyimizin şagirdləri Dünya çempionatının mükafatçıları olub. http://www.tdv-btl.edu.az/. Bakı Türk liseyi (13.12.2019). Arxivləşdirilib (3 Feb 2020 - 29 Jun 2020).
  3. Təhsil Nazirliyi: Şagirdlərimiz Avropa Fizika Olimpiadasında uğurla çıxış edərək medal qazanıblar. https://azertag.az. AZƏRTAC (27.06.2021). Arxivləşdirilib (27 iyun 2021).
  4. Avropa Fizika Olimpiadasından uğurlu nəticə : [arx. 25.05.2022] // Azərbaycan Respublikası Təhsil Nazirliyi. — 2022. — 25 may. — Müraciət tarixi: 25.05.2022.