Rəhman Hümmətov

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:59, 25 may 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Rəhman Hümmətov — hüquq elmləri namizədi, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini.

Rəhman Hümmətov
Hümmətov Rəhman Dursun oğlu
Rəhman Hümmətov.jpg
Rəhman Hümmətov.
bayraqAzərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavinibayraq
13 fevral 2021
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1977 (1977-07-01) (46 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu, biznesin təşkili və idarə olunması ixtisası, (–1998)

Xalq Təsərrüfatını İdarəetmə İnstitutu, magistratura, mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası (–2000)

Dövlət İdarəçilik Akademiyası, aspirantura (2000–2004)
Elmi dərəcəsi hüquq elmləri namizədi

Haqqında məlumatlar

1 iyul 1977-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1984 – 1994-cü illərdə Şəki şəhər 8 № li beynəlmiləl orta məktəbində təhsil alıb.

1998-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu,

2000-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun magistraturasını bitirib.

2000 – 2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

2004-cü ildə hüquq elmləri namizədi elmi dərəcəsi alıb.

Əmək fəaliyyəti

1998 – 2008-ci illərdə Azərbaycan Respublikasının Milli Bankında müxtəlif vəzifələrdə çalışıb.

2006 – 2016-cı illərdə Azərbaycan Respublikası Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun İcraçı direktorunun müavini,

2016 – 2018-cı illərdə “Azərbaycan İpoteka Fondu” ASC-nin İdarə Heyətinin üzvü,

2018 – 2021-ci illərdə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini olub.

3 fevral 2021-ci il tarixdən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavinidir.

Ədəbiyyat

  1. "Rəhman Dursun oğlu Hümmətov". https://mincom.gov.az/ (azərb.). Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi.