Rəhman Məmmədov (III dərəcəli dövlət ədliyyə müşaviri)

Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}} {{Şəxs |Adı = Rəhman M...' ilə yarat) tərəfindən edilmiş 03:31, 26 noyabr 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Rəhman Məmmədov — III dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi.

Rəhman Məmmədov
Məmmədov Rəhman Elmaz oğlu
Rəhman Məmmədov
Rəhman Məmmədov.
Doğum tarixi 1965(1965-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (1982–1987)

 • M.Rəsulzadə adına Bakı Dövlət Universiteti, hüquq fakültəsi (1991–1995)

Haqqında məlumatlar

1965-ci ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1982-ci ildə Şəki şəhər 3 №-li orta məktəbini qızıl medalla bitirib.

1982 – 1988-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb; universiteti fərqlənmə diplomu ilə bitirib.

1991 – 1995-ci illərdə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakültəsində ikinci ali təhsil alıb.

Əmək fəaliyyəti

1982-ci ildə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Sonra həmin müəssisənin kadrlar şöbəsinə, daha sonra isə komsomol komitəsinə işə keçirilib.

1991-ci ildən Şəki Şəhər İcra Hakimiyyətində əvvəlcə ümumi şöbədə kadrlar üzrə müfəttiş, sonra isə hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

17 sentyabr 2008-ci il tarixdə ədliyyə orqanlarına qulluğa qəbul edilib; o cümlədən,

2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə Şöbəsinin rəisi,

2019-cu ilin mart ayında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri,

21 noyabr 2019-cu il tarixdə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

Rütbəsi

III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi (21.11.2022)

Ailəsi

Evlidir, üç övladı var.

Ədəbiyyat

  1. Abdulhəmidov A. Rəhman Elmaz oğlu Məmmədov Şəkidə yenicə fəaliyyət başlayan Şəki Regional Ədliyyə Şöbəsinin rəisi təyin edilmişdir : [arx. 14 Apr 2021 - 23 May 2022] // Şəkinin səsi. — 2009. — 6 yanvar. — Müraciət tarixi: 25.11.2022.
  2. Rəhman Məmmədov Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifəsinə təyin edildi : [arx. 27 Nov 2019 - 14 Aug 2020] // Belediyye.info. — 2019. — 23 noyabr. — Müraciət tarixi: 25.11.2022.
  3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 25.11.2022] : [azərb.] // E-qanun.az. — 2022. — 21 noyabr. — Müraciət tarixi: 25.11.2022.