Rəna Abbasova

Aydinsalis (müzakirə | redaktələr) (→‎Təhsili) tərəfindən edilmiş 00:40, 18 yanvar 2022 tarixli redaktə

Rəna Abbasova — Nyu-York (ABŞ) şəhər meriyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri.

Rəna Abbasova
Abbasova Rəna Hamlet qızı
Rəna Abbasova
Rəna Abbasova.
Doğum tarixi 30 avqust 1982 (1982-08-30) (41 yaş)
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Uşaqları Nigar və Aylin
Atası Hamlet Abbasova
Anası Elmira Abbasova
Təhsili Azərbaycan Tibb Universiteti, stomatologiya fakültəsi (1999–2004)

Haqqında məlumatlar

30 avqust 1982-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1999-cu ildə Bakı şəhər 249 saylı tam orta məktəbini bitirib.

1999 – 2004-cü illərdə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsində təhsil alıb. Daha sonra ABŞ-da ikinci ali təhsil alıb.

Əmək fəaliyyəti

2016 – 20021-cı illərdə Nyu-York şəhərinin (ABŞ) Bruklin inzibati rayonunun idarəetmə aparatında məmur vəzifəsində işləyib.

2021-ci ilin əvvəlindən etibarən Nyu-York şəhər meriyasında Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsində çalışır.

Ədəbiyyat

  1. ABŞ-ın Nyu-York meriyasında azərbaycanlı yüksək vəzifəyə təyin olunub : [arx. 12.01.2022] // Report.az. — 2022. — 9 yanvar. — Müraciət tarixi: 17.01.2022.