Rəna Abbasova — Nyu-York (ABŞ) şəhər meriyasında Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri.

Rəna Abbasova
Abbasova Rəna Hamlet qızı
Rəna Abbasova
Rəna Abbasova.
Doğum tarixi 30 avqust 1982 (1982-08-30) (41 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşaqları Nigar və Aylin
Atası Hamlet Abbasov
Anası Elmira Abbasova
Təhsili Azərbaycan Tibb Universiteti, stomatologiya fakültəsi (1999–2004)

Haqqında məlumatlar

30 avqust 1982-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1999-cu ildə Bakı şəhər 249 saylı tam orta məktəbini bitirib.

1999 – 2004-cü illərdə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsində təhsil alıb. Daha sonra ABŞ-da ikinci ali təhsil alıb.

Əmək fəaliyyəti

2016 – 2021-cı illərdə Nyu-York şəhərinin (ABŞ) Bruklin inzibati rayonunun idarəetmə aparatında məmur vəzifəsində işləyib.

2022-ci ildən Nyu-York şəhər meriyasında Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsində çalışır.

Ədəbiyyat

  1. ABŞ-ın Nyu-York meriyasında azərbaycanlı yüksək vəzifəyə təyin olunub : [arx. 12.01.2022] // Report.az. — 2022. — 9 yanvar. — Müraciət tarixi: 17.01.2022.