Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Rəsul Ələkbərov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:32, 23 avqust 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Rəsul Ələkbərov
Ələkbərov Rəsul Əli oğlu
Rəsul Ələkbərov
Rəsul Ələkbərov.
Doğum tarixi 15 aprel 1928(1928-04-15)
Doğum yeri Nuxa (indiki Şəki), Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 23 avqust 2000 (72 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi kimya
İş yeri AMEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutu (laboratoriya müdiri)
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi; Qorki Dövlət Universiteti, kimya fakültəsi (1947–1952)

 • Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutu, aspirantura (1955–1958)
Həyat yoldaşı Afət Ələkbərova
Evladları Əşrəf və Elxan Ələkbərovlar
Atası Əli Ələkbərov
Anası Hüsniyyə Ələkbərova

Rəsul Ələkbərov (1928–2000) — tanınmış kimyaçı alim, kimya elmləri doktoru, professor, AMEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun laboratoriya müdiri. Bir müddət Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. Elmi kadrların hazırlanmasında xidməti var.

Haqqında məlumatlar

15 aprel 1928-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1947-ci ildə Nuxada orta məktəbi bitirib.

1947 – 1952-ci illərdə əvvəlcə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin, sonra isə Qorki Dövlət Universitetinin kimya fakültəsində,

1955 – 1958-ci illərdə Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1952 – 1955-ci illərdə təyinat əsasında öz ixtisası üzrə Tomsk şəhərində işləyib.

1955-ci ildən Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda işləyib; o cümlədən,

1961 – 1962-ci illərdə kiçik elmi işçi,

1962 – 1970-ci illərdə böyük elmi işçi,

1970 – 1975-ci illərdə institutun elmi işlər üzrə direktor müavini,

1971-ci ildən ömrünün sonuna kimi laboratoriya müdiri vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1961-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

1969-cu ildə kimya elmləri doktoru elmi dərəcəsi,

1972-ci ildə professor elmi adını alıb.

Elmi məqalələri Azərbaycanda və xaricdə çap edilib; ümumiyyətlə, 250-dən çox elmi məqalənin və 60-dan çox müəlliflik şəhadətnaməsinin, 2 patentin müəllifidir.

Vəfatı

23 avqust 2000-ci il tarixdə – 72 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Ələkbərov Rəsul // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 122-123. — 1.000 nüsx.
  2. Ələkbərov Rəsul Əli oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 317. — ISBN 978-9952-441-13-0.