Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Rəsul Lətifzadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Rəsul Lətifzadə
Lətifzadə Rəsul İlyas oğlu
Rəsul Lətifzadə
Rəsul Lətifzadə (mərkəzdə).
Şəxsi məlumatlar
Doğum tarixi 21 dekabr 1996 (1996-12-21) (27 yaş)
Doğum yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of Azerbaijan.svg Azərbaycan

Musiqi aləti violonçel
Təhsili Bakı Müsiqi Akademiyası – bakalavr və magistr (2014 – 2020)

Rəsul Lətifzadə — violonçel musiqi aləti ifaçısı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı.

Haqqında məlumatlar

21 dekabr 1996-cı il tarixdə Bakıda anadan olub.

Təhsili

2014 – 2020-cu illərdə Bakı Müsiqi Akademiyasında bakalavr və magistr pillələri üzrə təhsil alıb.

Musiqi fəaliyyəti

6 yaşından violonçel musiqi alətində ifa edir.

Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblında violonçel ifaçısı olub.

2010-cu ildə Mstislav Rostropoviç adına Bakıda Beynəlxalq Musiqi Festivalında üçüncü yeri tutub.

Ailəsi

  • Anası – Lətifova Təranə Şakir qızı, 1961-ci ildə Nuxada anadan olub, 1967-ci ildə ailəsi Bakıya köçüb və o vaxtdan Bakıda yaşayır, riyaziyyat müəllimidir.
  • Atası – Yəhyəyev İlyas Fəxrəddin oğlu, Göyçayda anadan olub, əslən indiki Oğuz rayonundandır, tikinti dizayneridir.

Ədəbiyyat

  1. Müşfiqə. Rəsul Lətifzadə: Gənc musiqiçi kimi violençeli gələcək nəsillərə daha yaxşı tanıtmaq istəyirəm : [arx. 20.12.2021] // Yeni Azərbaycan. — 2020. — 7 mart. — Müraciət tarixi: 20.12.2021.