Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Rəvanə Qurbanova

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış musiqi...' ilə yarat) tərəfindən edilmiş 19:39, 9 oktyabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Rəvanə Qurbanova
Qurbanova (Arabova) Rəvanə Söhrab qızı
Rəvanə Qurbanova
Rəvanə Qurbanova.
Şəxsi məlumatlar
Doğum tarixi 21 iyun 1988 (1988-06-21) (35 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Peşəsi solist
Atası Söhrab Arabov
Təhsili

 • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, musiqi sənəti fakültəsi, bakalavriat (2007–2011)

 • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, magistratura (2011–2013)

Rəvanə Qurbanova — tanınmış solo-ifaçı, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti.

Haqqında məlumatlar

21 iyun 1988-ci il tarixdə Şəkidə anadan olub

Təhsili

2006-cı ildə Şəki şəhər 19 saylı orta məktəbini,

2002-ci illərdə Şəki şəhər 2 saylı uşaq musiqi məktəbinin xanəndəlik sinfini bitirib.

2007 – 2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsində bakalavr pilləsi üzrə,

2011 – 2013-cü illərdə isə magistr pilləsi üzrə təhsil alıb.

Əmək fəaliyyəti

Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.

Sənət fəaliyyəti və uğurları

2007-ci ildə keçirilən Televiziya muğam müsabiqəsində III yeri tutub. Həmin il Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb, adı gənc istedadların “Qızıl kitabı”na daxil edilib.

2017-ci il dekabr ayının 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində taçaşaya qoyulmuş Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasınında baş rolu – Leyli rolunu ifa edib.

2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində “Vətənim” adlı solo-konseri olub.

2019-cu ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayəti “Oxu tar” adlı solo-konseri olub.

2021-ci ilin may ayının 12–13-də Şuşa şəhərində keçirilmiş tarixi “Xarıbülbül” musiqi festivalında iştirak edib.

Ədəbiyyat

  1. Opera səhnəmizdə yeni Əsli və Leyli [1] // Mədəniyyət : qəzet. — Bakı: Azərbaycan, 2017. — В. 1 dekabr. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 9 oktyabr 2021.

Həmçinin, bax:

Şəki Ensiklopediyasının tarixinə dair videolar