Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Rövşən Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:08, 8 noyabr 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Rövşən
Məmmədov
Məmmədov Rövşən Müşfiq oğlu
Rövşən Məmmədov
Rövşən Məmmədov.
Doğum tarixi 29 oktyabr 1995 (1995-10-29) (27 yaş)
Doğum yeri Mingəçevir, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 13 oktyabr 2020 (24 yaşında)
Vəfat yeri Ağdərə rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Böyük Dəhnə kəndinin Şəhidlər xiyabanı, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi döyüşdə şəhid olub
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Atası Müşfiq
Anası Mənzərə
Təhsili Azərbaycan Dövlət Neft Akademiyası/Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, geofizika fakültəsi (2013–2017)
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Xidmət illəri 2017 – 2018; 2020
Rütbə 1.AzLF-PV.png sıravi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2021"Suqovuşanın azad olunmasına görə" medalı — 2021

Rövşən Məmmədov (1995–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

29 oktyabr 1995-ci il tarixdə Mingəçevirdə, əslən Şəki rayonunun Böyük Dəhnə kəndindən olan ailədə anadan olub.

1999 – 2007-ci illərdə ailəvi Volqoqradda (Rusiya Federasiyası),

2007-ci ildən isə Sumqayıtda yaşayıblar.

Təhsili[redaktə | HTML redaktə]

2002 – 2007-ci illərdə Volqoqrad şəhəri 37 №-li tam orta məktəbində,

2007 – 2013-ci illərdə Sumqayıt şəhəri 4 №-li tam orta məktəbində,

2013 – 2017-ci illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının/Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geofizika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

2018 – 2020-ci illərdə Sumqayıt şəhərində Sumqayıt Texnologiyalar Data mərkəzində quraşdırıcı vəzifəsində çalışıb.

Hərbi xidmətdə[redaktə | HTML redaktə]

2017 – 2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.

29 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlamasından sonra Azərbaycan Respublikası ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar olaraq yenidən hərbi xidmətə çağırılıb. Tərtər-Ağdərə rayonlarında döyüşüb, bir neçə yüksəkliyin alınmasında iştirak edib.

Şəhid olması[redaktə | HTML redaktə]

13 oktyabr 2020-ci il tarixdə – 24 yaşında, Ağdərə istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub.

24 oktyabr 2020-ci il tarixdə Şəki rayonunun Böyük Dəhnə kəndinin Şəhidlər xiyabanında dəfn edilib.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Ailəsi[redaktə | HTML redaktə]

Ailədə iki qardaş olublar. Subay idi.

İstinadlar[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24 Jun 2021 - 18 Nov 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
  4. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : RÖVŞƏN Müşfiq oğlu Məmmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Video[redaktə | HTML redaktə]