Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Rafiq Şükürov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat) tərəfindən edilmiş 14:11, 18 sentyabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Rafiq Şükürov
Şükürov Rafiq Şükür olu
Rafiq Şükürov
Rafiq Şükürov
Təhsili V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, riyaziyyat fakültəsi (1969–1973)

Rafiq Şükürov — tanınmış pedaqoq və təhsil işçisi; müxtəlif illərdə Şəki Məişət Xidməti Texnikumunun, Şəki Texnologiya Texnikumunun və Şəki Pedaqoji Texnikumunun direktoru vəzifəsində çalışmışdır. 2016-cı ildən əmək təqaüdündədir.

Haqqında məlumatlar

1952-ci ildə Nuxa (indiki Şəki) rayonunun Aşağı Küngüt kəndində anadan olub.

Təhsili

1959 – 1967-ci illərdə Aşağı Küngüt kənd orta məktəbində,

1967 – 1969-cu illərdə Nuxa/Şəki şəhər 10 №-li orta məktəbində,

1969 – 1973-cü illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1973-cü ildən Baş Kəldək kənd səkkizillik məktəbində və Aşağı Küngüt orta məktəbində fizika-riyaziyyat müəllimi,

1978 – 1983-cü illərdə Aşağı Daşğıl kənd səkkizillik məktəbinin direktoru,

1983 – 1988-ci illərdə Şəki Pedaqoji Məktəbinin tədris işləri üzrə direktor müavini,

1988-ci ildən Şəki Məişət Xidməti Texnikumunun direktoru,

1993-cü ildən Şəki Texnologiya Texnikumunun direktoru,

1994 – 2016-cı illərdə Şəki Pedaqoji Texnikumunun direktoru vəzifəsində çalışıb.

İctimai-siyasi aktivliyi

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür və partiyanın hər üç qurultayının nümayəndəsi olub.

Kitabları

  • Pedaqogika tarixindən mühazirə materialları (2004);
  • Pedaqogika dərsləri (2005);
  • İşıq məbədi (Ramiz Orsərlə birlikdə, 2010).

Ailəsi

Ailəlidir, üç övladı var.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Şükürov Rafiq // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 375-376. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Şükürov R., Orsər R. Şükürov Rafiq Şükür oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 133. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.

Həmçinin, bax:

Məclum Şükürov