Rafiq Şükürov — tanınmış pedaqoq və təhsil işçisi; müxtəlif illərdə Şəki Məişət Xidməti Texnikumunun, Şəki Texnologiya Texnikumunun və Şəki Pedaqoji Texnikumunun/Şəki Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışmışdır. 2016-cı ildən əmək təqaüdündədir.

Rafiq Şükürov
Şükürov Rafiq Şükür olu
Rafiq Şükürov
Rafiq Şükürov.
Doğum tarixi 1 noyabr 1952 (1952-11-01) (71 yaş)
Doğum yeri Aşağı Küngüt, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, riyaziyyat fakültəsi (1969–1973)

Haqqında məlumatlar

1 noyabr 1952-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Aşağı Küngüt kəndində anadan olub.

Təhsili

1959 – 1967-ci illərdə Aşağı Küngüt kənd orta məktəbində,

1967 – 1969-cu illərdə Nuxa/Şəki şəhər 10 №-li orta məktəbində,

1969 – 1973-cü illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1973-cü ildən Baş Kəldək kənd səkkizillik məktəbində və Aşağı Küngüt orta məktəbində fizika-riyaziyyat müəllimi,

1978 – 1983-cü illərdə Aşağı Daşağıl kənd səkkizillik məktəbinin direktoru,

1983 – 1988-ci illərdə Şəki Pedaqoji Məktəbinin tədris işləri üzrə direktor müavini,

1988-ci ildən Şəki Məişət Xidməti Texnikumunun direktoru,

1993-cü ildən Şəki Texnologiya Texnikumunun direktoru,

1994 – 2016-cı illərdə Şəki Pedaqoji Texnikumunun/Şəki Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışıb.

İctimai-siyasi aktivliyi

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür və partiyanın hər üç qurultayının nümayəndəsi olub.

Kitabları

  • Pedaqogika tarixindən mühazirə materialları (2004);
  • Pedaqogika dərsləri (2005);
  • İşıq məbədi (Ramiz Orsərlə birlikdə, 2010).

Ailəsi

Ailəlidir, üç övladı var.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Şükürov Rafiq // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 375-376. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Şükürov R., Orsər R. Şükürov Rafiq Şükür oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 133. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.

Həmçinin, bax: