Rafiq Abdullayev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}} {{Şəxs |Adı = |Tam ad...' ilə yarat) tərəfindən edilmiş 17:51, 23 yanvar 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Rafiq Abdullayev
Rafiq Abdullayev, 2019-cu il.
Doğum tarixi 27 yanvar 1953 (1953-01-27) (71 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
İxtisası energetik
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, energetika fakultəsi (1970 – 1975)
Mükafatları "Tərəqqi" medalı
facebook səhifəsi

Rafiq Abdullayev – tanınmış energetik və Birinci dərəcəli dövlət qulluqçusu. Energetika sahəsi üzrə bir sıra vəzifələrdə çalışmış, o cümlədən, 2006 – 2016-cı illərdə Azərbaycan Respublikası Energetika Nazirliyi Dövlət Enerji Nəzarəti İdarəsi rəisinin müavini olmuşdur.

Haqqında məlumatlar

27 yanvar 1953-cü il tarixdə Nuxada anadan olub.

Təhsili

1959 – 1969-cu illərdə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbində,

1970 – 1975-ci illərdə isə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakultəsində təhsil alıb.

1976 və 1980-cı illərdə Leninqrad İxtisasartırma İnstitutunun kurslarında təhsilini artırıb.

Əmək fəaliyyəti

1975 – 1983-cü illərdə “Azenerjisazlama” müəssisəsində mühəndis, böyük mühəndis,

1983 – 1984-cü illərdə “Dövlətenerjinəzarət” idarəsində inspektor vəzifəsində çalışıb.

1984-cü ildə ölkə Enerjinəzarət İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinə sədr seçilib.

1987 – 1997-ci illərdə yenidən “Dövlətenerjinəzarət” idarəsində inspektor, sonra sex rəişi, daha sonra inspektorluğun rəisi,

1997 – 2006-cı illərdə “Azərenerji” və “BAYVA Enerji” ASC-lərdə enerjisatışı üzrə şöbə rəisi, idarə rəisinin müavini, baş menecerin müavini,

2006 – 2016-cı llərdə isə Azərbaycan Respublikası Energetika Nazirliyi Dövlət Enerji Nəzarəti İdarəsi rəisinin – Azərbaycan Respublikası Baş Dövlət Müfəttişinin müavini olub.

2016-cı ildə Dövlət qulluğu üzrə pensiyaya çıxıb.

Təltif və mükafatları

  • “SSRİ Dövlət Şəhər Texniki Nəzarətinin ən yaxşı inspektoru” (rus.: Лучший инспектор госгортехнадзор СССР) döş nişanı;
  • SSRİ Dövlət Enerji Nəzarətin yubiley döş nişanı;
  • Azərbaycan Respublikası Energetika Nazirliyinin fəxri fərmanı;
  • Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının fəxri Fərmanı;
  • “Tərəqqi” medalı (2014).

Ailəsi

Ailəlidir, iki qızı, bir oğlu var.