Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Rafiq Hüseynov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 03:13, 23 noyabr 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rafiq Hüseynov
Hüseynov Rafiq Qurban oğlu
Rafiq Hüseynov
Rafiq Hüseynov.
Doğum tarixi 22 oktyabr 1946 (1946-10-22) (77 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi texnika
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili

Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, mühəndis-metallurq ixtisası (1963–1968)

Moskva Kimya-Maşınqayırma İnstitutu, aspirantura (1971–1974)

Zaqavqaziya Marksizm-Leninizm Universiteti (1978-1979)
Mükafatları Azərbaycan SSR LKGİ mükafatı"Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2020
"Əmək igidliyinə görə" medalı"Əmək igidliyinə görə" medalı"Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2015

Rafiq Hüseynov — texnika elmləri doktoru, Azərbaycan Texniki Universitetinin metalşünaslıq və materiallar texnologiyası kafedrasının professoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi.

Haqqında məlumatlar

22 oktyabr 1946-cı il tarixdə Nuxada (indiki Şəki), ziyalı ailəsində anadan olub.

Təhsili

1953 – 1959-cu illərdə Nuxa şəhər 6 №-li orta məktəbində,

1959 – 1963-cü illərdə Bakı şəhər 201 №-li orta məktəbində,

1963 – 1968-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda (mühəndis-metallurq ixtisası üzrə),

1971 – 1974-cü illərdə Moskva Kimya-Maşınqayırma İnstitutunun aspiranturasında,

1978 – 1979-cu illərdə Zaqavqaziya Marksizm-Leninizm Universitetində təhsil alıb.

1981 – 1982-ci illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində fransız dili kurslarını,

1982-ci ildə Fransa Respublikasında fransız dilinin təkmilləşdirilməsi kursunu bitirib.

Əmək fəaliyyəti

1968-ci ildən Novokuznetsk Metallurgiya zavodunda mühəndis, Bakı əlvan metalların emalı zavodunda usta, baş texnoloq, sex rəisi,

1969 – 1971-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda əvvəl laborant, sonra assistent, daha sonra baş müəllim,

1985 – 1988-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasının Bumerdes şəhərindəki Yüngül Sənaye Universitetində kafedra müdiri,

1996 – 2016-cı illərdə Azərbaycan Texniki Universitetində kafedra müdiri vəzifəsində çalışıb.

İkinci iş yerləri

2007 – 2016-cı illərdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin «Elm, İnnovasiya və İnformasiya Texnologiyaları» şöbəsinin müdiri olub.

Elmi fəaliyyəti

1975-ci ildə namizədlik dissertasiyasını,

1992-ci ildə hərbi və kosmos sənayesi sahələrində tətbiq olunan xüsusi konstruksiya materiallarının yaradılması mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Texnika elmləri doktoru, professordur.

Xəzər dənizində quraşdırılmış və quraşdırılan stasionar platformaların, neft-qaz borularının hazırlanmasında istifadə olunan poladların müəlliflərindən biridir. Çoxsaylı mühəndis, magistr, bakalavrların diplom, buraxılış işlərinə rəhbərlik etmiş, 9 aspirantın elmi rəhbəri və bir neçə elmlər doktoru dissertasiyalarının elmi məsləhətçisi olmuşdur. Hərbi və xüsusi təyinatlı 9 patentin, 12 müəlliflik şəhadətnaməsinin (hamısı SSRİ və RF), 185 elmi məqalələrin, 8 dərsliyin (3-ü fransız dilində xaricdə çap olunub), çoxsaylı dərs vəsaitlərinin, tədris proqramlarının müəllifidir. Onun elmi məqalələrinin əksəriyyəti ABŞ, Fransa, Almaniya, Əlcəzair, Türkiyə, Rusiya, Ukrayna, İran, Avstriya, BƏR və bir sıra digər xarici ölkələrin nüfuzlu elmi jurnallarında çap olunub.

İctimai-siyasi və elmi-ictimai fəaliyyəti

1976 – 1981-ci illərdə Bakı şəhər Oktyabr (indiki Yasamal) rayon və respublika gənc alimlər şurasının sədri olub.

1978-ci ildə Moskvada keçirilmiş ÜİLKGİ-nin XVIII qurultayında Azərbaycanın nümayəndəsi kimi iştirak edib.

1985 – 1988-ci illərdə Əlcəzairin Bumerdes şəhərində işləyərkən həmin şəhərdə çalışan Sovet mütəxəssislərinin partiya komitəsi katibinin müavini olub.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyində və Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən fəlsəfə və elmlər doktorlarının müdafiəsi üzrə xüsusiləşdirilmiş elmi şuraların üzvüdür.

1990-сı ildə Bakı Şəhər Yasamal Rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.

1994-cü ildən «Şəki» Xeyriyyə Cəmiyyətinin sədridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Təltif və mükafatları

Ailəsi

Evlidir, iki oğlu var. Həyat yoldaşı texnika, bir oğlu hüquq və bir oğlu isə tibb üzrə fəlsəfə doktorudur.

Atası Hüseynov Qurban Zəkəriyyə oğlu isə Şəkinin tanınmış ziyalılarından biri olmuş və uzun müddət Nuxa (Şəki) şəhər-rayon partiya-sovet orqanlarında rəhbər vəzifələrdə çalışmışdır.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Hüseynov Rafiq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 247-249. — 1.000 nüsx.