Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Rafiq Rasulov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:05, 21 aprel 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rafiq Rasulov
Rasulov Rafiq Abduləli oğlu
Rafiq Rasulov
Rafiq Rasulov, 2010-cu il.
Doğum tarixi 10 aprel 1958(1958-04-10)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ,
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi riyaziyyat
İş yeri ADP Şəki filialı, direktor
Elmi dərəcəsi riyaziyyat üzrə elmlər doktoru
Elmi adı dosent
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, riyaziyyat fakültəsi (1975–1980)

Azərbaycan SSR Elmlər Akademiyası, Geologiya İnstitutu, aspirantura (1985–1989)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı
facebook səhifəsi

Rafiq Rasulov — riyaziyyat üzrə elmlər doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi.

Haqqında məlumatlar

10 aprel 1958-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1975-ci ildə Şəki şəhər 7 saylı orta məktəbi bitirib.

1975 – 1980-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsində,

1985 – 1989-cu illərdə isə Azərbaycan SSR Elmlər Akademiyası Geologiya İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

  • 1980 – 1983-cü illərdə Şəki Taxılçılıq sovxozu qiyabi orta məktəbinin Böyük Dəhnə tədris-məsləhət məntəqəsi, müəllim.
  • 1983 – 1984-cü illərdə Şəki şəhər seysmik stansiyası, baş texnik.
  • 1984 – 1989-cü illərdə Şəki şəhər seysmik stansiyası, mühəndis.
  • 1989 – 1993-cü illərdə Şəki şəhər seysmik stansiyası, geofizik.
  • 1993 – 1994-cü illərdə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şəki filialı, təbiət elmləri kafedrası, müdir.
  • 1994 – 2000-cü illərdə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şəki filialı, tədris işləri üzrə direktor müavini.
  • 2000 – 2001-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı, tədris işləri üzrə direktor müavini.
  • 2001 – 2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı, direktor.
  • 2007 – 2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı, təbiət elmləri və tədrisi metodikası kafedrası, dosent.
  • 2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı, təbiət elmləri və tədris metodikası kafedrası, dosent.
  • 2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı, direktor.

Elmi fəaliyyəti

1992-ci ildə «Üçlaylı geoloji mühitdə tektonik dalğavari proseslərin modelləşdirilməsi» adlı mövzuda namizədlik dissertasiyası müdafiə edib.

2009-cu ildə dosent elmi adını alıb.

2014-cü ildə isə «Qeyri xətti parabolik və hiperbolik tənliklərin keyfiyyət xassələri» adlı mövzunda doktorluq dissertasiyası müdafiə edib.

İctimai-siyasi aktivliyi

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2010-cu il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 114 saylı Şəki kənd birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş, lakin seçilməmişdir.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Rəsulov Rafiq Əbdüləli oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 479-480. — 1.000 nüsx.
  2. 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputatlığa namizəd – Qeybulla Adil Əbülfət oğlu (azərb.) // İpəkçi : qəzet. — Azərbaycan, 2010. — В. 18 oktyabr. — № 9 (2273). — Səh. 1.
  3. "Şəkidən deputatlığa namizədlər" (azərb.). 15 Eki 2010 04:26. 31 Jul 2020 tarixində arxivləşdirilib.
  4. "RASULOV RAFİQ ABDULƏLİ OĞLU" (azərb.). sheki-adpu.az. 15.12.17 13:09. 29 Jun 2019 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)