Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Rafiq Sədrəddinov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:R{{Şəxs |Adı = Rafiq Sədrəddinov |Orijinal adı = Rafiq Niyazi oğlu Sədrəddinov |Tam adı = |Digər adları = |Şəkil...' ilə yarat) tərəfindən edilmiş 00:05, 26 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Rafiq Sədrəddinov
Rafiq Niyazi oğlu Sədrəddinov
Doğum tarixi 14 avqust 1945(1945-08-14)
Doğum yeri Şəki
Vəfat tarixi 11.09.2013.
Vəfat yeri Bakı.
Vəfat səbəbi Çox qısa sürən xəstəlik.
Dəfn yeri Sumqayıt qəbristanlığı.
Uşaqları Nərgiz və Nigar Sədrəddinovalar.
Atası Niyazi Həsənbəy oğlu Sədrəddinov.
Anası Nina Zavarotnaya.

Rafiq Sədrəddinov — Azərbaycanlı jurnalist.

Həyatı

Rafiq Niyazi oğlu Sədrəddinov 1945-ci il avqustun 14-də Şəki şəhərində doğulub. Jurnalistikaya 1969-cu ildə “Kimyaçı” qəzetinin məsul katibi olaraq qədəm qoyub. Bir il sonra “Kommunist Sumqaita” qəzetinə ədəbi işçi vəzifəsinə qəbul olunub, sonra redaktor kimi fəaliyyət göstərib.

Rafiq Sədrəddinov idman jurnalistikasında da çalışıb. Müxtəlif illərdə sovet dövrünün məşhur yerli mətbu orqanları olan “İdman”, “Bakinski raboçi” qəzetlərində çalışıb, habelə Moskvada çıxan “Sovetski sport”, “Qudok” kimi məşhur nəşrlərin Azərbaycan üzrə xüsusi müxbiri işləyib.

1987-ci ildə “Pravda” qəzetinin Azərbaycan bölməsinə baş müfəttiş təyin edilib. 1990-cı ildən “Tərəqqi” qəzetinin redaktoru, 1992-ci ildən “Mir futbola” qəzetinin redaktor müavini, 1999-cu ildən isə “Naş vek” qəzetinin baş redaktor müavini kimi fəaliyyət göstərib.

Son iş yeri “Kaspi” qəzeti olub.

13 sentyabr 2013-cü ildə vəfat edib[1].


İstinadlar