Rafiq Sədrəddinov (1945–2013) — tanınmış jurnalist, “Kaspi” qəzetinin əməkdaşı. Sovet dövründə Moskvada çıxan “Sovetski sport”, “Qudok” qəzetlərin Azərbaycan üzrə xüsusi müxbiri, Sov.İKP MK-nın orqanı olan “Pravda” qəzetinin Azərbaycan bölməsinin baş müfəttişi və s. vəzifələrdə çalışmışdır.

Rafiq Sədrəddinov
Sədrəddinov Rafiq Niyazi oğlu
Rafiq Sədrəddinov
Rafiq Sədrəddinov, 2009-cu il.
Doğum tarixi 14 avqust 1945(1945-08-14)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 13 sentyabr 2013 (68 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Sumqayıt qəbristanlığı
Uşaqları Nərgiz və Nigar Sədrəddinovalar
Atası Niyazi Həsən bəy oğlu Sədrəddinbəyov.
Anası Nina Zavarotnaya

Haqqında məlumatlar

14 avqust 1945-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Əmək fəaliyyəti

1969-cu ildə Sumqayıtda çıxan “Kimyaçı” çoxtirajlı qəzetinin məsul katibi, bir il sonra “Kommunist Sumqaita” qəzetinin əvvəl ədəbi işçisi, sonra isə redaktoru olub.

Müxtəlif illərdə sovet dövrünün respublika mətbu orqanları olan “İdman”, “Bakinski raboçi” qəzetlərində çalışıb, habelə Moskvada çıxan mərkəzi “Sovetski sport”, “Qudok” qəzetlərin Azərbaycan üzrə xüsusi müxbiri işləyib.

1987-ci ildə Moskvada çıxan və Sov.İKP MK-nın orqanı olan “Pravda” qəzetinin Azərbaycan bölməsinə baş müfəttiş təyin edilib.

1990-cı ildən “Tərəqqi” qəzetinin redaktoru, 1992-ci ildən “Mir futbola” qəzetinin redaktor müavini, 1999-cu ildən isə “Naş vek” qəzetinin baş redaktor müavini kimi fəaliyyət göstərib. Son iş yeri “Kaspi” qəzeti olub.

Vəfatı

13 sentyabr 2013-cü il tarixdə – 68 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Mətbuat Şurası jurnalist Rafiq Sədrəddinovun vəfatı ilə bağlı nekroloq yayıb : [arx. 13.08.2020] // Trend. — 2013. — 13 sentyabr. — Müraciət tarixi: 10.09.2021.