Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Rahib Hacı-İsmayılov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Rahib
Hacı-İsmayılov
Hacı-İsmayılov Rahib Məmmədemin oğlu
Rahib Hacı-İsmayılov
Rahib Hacı-İsmayılov (13.10.2020).
Doğum tarixi 17 sentyabr 1991(1991-09-17)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 20 oktyabr 2020 (29 yaşında)
Vəfat yeri Tərtər rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Dovşan düzü qəbiristanlığı, Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi döyüşdə şəhid olub
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Atası Məmmədemin
Anası Tangiz
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Rütbə 1.AzLF-PV.png sıravi
Vəzifəsi baş atıcı
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2021"Suqovuşanın azad olunmasına görə" medalı — 2021
facebook səhifəsi

Rahib Hacı-İsmayılov (1991–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Haqqında məlumatlar

Rahib Hacı-İsmayılov (13.10.2020).

17 sentyabr 1991-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

2007-ci ildə Şəki şəhər 19 saylı tam orta məktəbinin 9-cu sinfini bitirib.

Əmək fəaliyyəti

2012-ci ilin əvvəlindən Bakıda “Avromed” şirkətində işləməyə başlayıb.

Hərbi xidmətdə

2010-cu ilin əvvəlindən 2011-ci ilin aprel ayınadək Xızıda yerləşən “N” saylı xüsusi təyinatlı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlamasından sonra “N” saylı hərbi hissənin tərkibində Tərtər, Ağdam və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Xidməti dövründə baş atıcı olub.

Şəhid olması

20 oktyabr 2020-ci il tarixdə – 29 yaşında, Tərtər rayonu ərazisində gedən ağır döyüşdə qəhrəmancasına həlak olub.

Şəkidə Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.

Təltif və mükafatları

Ailəsi

Ailədə iki qardaş olublar. Subay idi.

Atası uzun illər Şəkidə “Abadlıq” kiçik müəssisəsində sürücü işləmişdir. Anası isə xəstəliyi ilə bağlı Şəki şəhər 2 saylı Uşaq Musiqi məktəbindən təqaüdə çıxmışdı və 3-cü qrup əlil idi. Ailəvi Bakıya köçmüşdülər.

Xatirəsi

22 oktyabr 2021-ci il tarixdə Şəkidə onun adını daşıyan bulaq-kompleksi istifadəyə verilib.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24 Jun 2021 - 18 Nov 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
  4. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : RAHİB Məmmədemin oğlu Hacıismayılov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Video