Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Rahim Həsənov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Təhsili) tərəfindən edilmiş 10:28, 8 aprel 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rahim Həsənov
Həsənov Rahim Rafiq oğlu
Rahim Həsənov
Rahim Həsənov, 2019-cu il.
Doğum tarixi 9 aprel 1981 (1981-04-09) (43 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzi, tarixi irs və etnoqrafiya şöbəsi (müdir)
Təhsili

Bakı Dövlət Universiteti, bakalavriat (1998–2002)

Sumqayıt Dövlət Universiteti, magistratura (2005–2007)
Atası Rahim Rafiq oğlu Həsənov
Mükafatları "Tərəqqi" medalı

Rahim Həsənov — pedaqoq-tarixçi, AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun doktorantı, Şəki şəhər 20 №-li tam orta məktəbinin tarix müəllimi, AMEA Şəki Regional Elmi Mərkəzinin tarixi irs və etnoqrafiya şöbəsinin müdiri.

Haqqında məlumatlar

9 aprel 1981-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1998 – 2002-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində bakalavr,

2005 – 2007-ci illərdə isə Sumqayıt Dövlət Universitetinin politologiya fakültəsində magistr təhsili alıb.

Əmək fəaliyyəti

2003-cü ildən Şəki şəhər 20 saylı tam orta məktəbində tarix müəllimi,

2011-ci ildən AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifəsində çalışır.

Elmi fəaliyyəti

2012-ci ildən AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin doktorantıdır.

30-dan çox elmi məqalənin müəllifidir. O cümlədən, 7 məqaləsi xaricdə çap olunub.

İctimai-siyasi aktivliyi

2004 – 2010-cu illərdə “Çağdaş İntibah Gənc Maarifçilər” İctimai Birliyinin sədri olub.

Yeni Azərbaycan partiyasının üzvüdür.

2019-cu ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən namizədliyi irəli sürülüb, lakin seçilməyib.

Təltif və mükafatları

  • “Tərəqqi” medalı – Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə (2009)[1];
  • 5 min manat pul mükafatı – 2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən biri olduğuna görə[2].

Ailəsi

Ailəlidir, iki övladı var.

İstinadlar

Ədəbiyyat

  1. "Həsənov Rahim Rafiq oğlu". AMEA (azərb.). Şəki Regional Elmi Mərkəzi. https://shrem.az/. 9 Sep 2018 tarixində arxivləşdirilib.
  2. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (2013). "2012/2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında". https://president.az/ (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 10 Mar 2014 – 9 Nov 2017 tarixində arxivləşdirilib.
  3. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (2009). "Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında". http://frameworks.e-qanun.az (azərb.). E-qanun.az. 8 Apr 2021 tarixində arxivləşdirilib.
  4. "Həsənov Rahim Rafiq oğlu". https://gencalimler.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası. 14 Sep 2016 – 30 Nov 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə