Rahim HəsənovAzərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müəllimi, AMEA Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin müdiri.

Rahim Həsənov
Həsənov Rahim Rafiq oğlu
Rahim Həsənov
Rahim Həsənov, 2019-cu il.
Doğum tarixi 9 aprel 1981 (1981-04-09) (42 yaş)
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzi, tarixi irs və etnoqrafiya şöbəsi (müdir)
Təhsili

Bakı Dövlət Universiteti, bakalavriat (1998–2002)

Sumqayıt Dövlət Universiteti, magistratura (2005–2007)
Atası Rahim Rafiq oğlu Həsənov
Mükafatları "Tərəqqi" medalı
facebook səhifəsi

Haqqında məlumatlar Redaktə

9 aprel 1981-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili Redaktə

1998 – 2002-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində bakalavr,

2005 – 2007-ci illərdə isə Sumqayıt Dövlət Universitetinin politologiya fakültəsində magistr təhsili alıb.

Əmək fəaliyyəti Redaktə

2003-cü ildən Şəki şəhər 20 saylı tam orta məktəbində tarix müəllimi,

2011-ci ildən AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifəsində çalışır.

Elmi fəaliyyəti Redaktə

2012-ci ildən AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin doktorantı olub.

15 sentyabr 2023-cü il tarixdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.30 saylı Dissertasiya şurasının iclasında 5503.02 –“Vətən tarixi” ixtisası üzrə “Azərbaycan Xalq Cümhuriyyəti siyasi xadimlərinin dövlətçilik fəaliyyəti (1917-ci il fevral-1918-ci il may)” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru dissertasiya işini müdafiə edib.

30-dan çox elmi işin müəllifidir. O cümlədən, 7 məqaləsi xaricdə çap olunub.

İctimai-siyasi aktivliyi Redaktə

2004 – 2010-cu illərdə “Çağdaş İntibah Gənc Maarifçilər” İctimai Birliyinin sədri olub.

Yeni Azərbaycan partiyasının üzvüdür.

2019-cu ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən namizədliyi irəli sürülüb, lakin seçilməyib.

Təltif və mükafatları Redaktə

  • “Tərəqqi” medalı – Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə (2009)[1];
  • 5 min manat pul mükafatı – 2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən biri olduğuna görə[2].

Ailəsi Redaktə

Ailəlidir, iki övladı var.

İstinadlar Redaktə

Ədəbiyyat Redaktə

  1. "Həsənov Rahim Rafiq oğlu". AMEA (azərb.). Şəki Regional Elmi Mərkəzi. https://shrem.az/. 9 Sep 2018 tarixində arxivləşdirilib.
  2. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (2013). "2012/2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında". https://president.az/ (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 10 Mar 2014 – 9 Nov 2017 tarixində arxivləşdirilib.
  3. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (2009). "Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında". http://frameworks.e-qanun.az (azərb.). E-qanun.az. 8 Apr 2021 tarixində arxivləşdirilib.
  4. "Həsənov Rahim Rafiq oğlu". https://gencalimler.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası. 14 Sep 2016 – 30 Nov 2020 tarixində arxivləşdirilib.