Rahim Həsənov
Rahim Həsənov | |
---|---|
Həsənov Rahim Rafiq oğlu | |
Rahim Həsənov, 2019-cu il. | |
Doğum tarixi | 9 aprel 1981 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | tarix |
İş yeri | AMEA Şəki Regional Elmi Mərkəzi, tarixi irs və etnoqrafiya şöbəsi (müdir) |
Elmi dərəcəsi | tarix üzrə fəlsəfə doktoru |
Təhsili |
• Bakı Dövlət Universiteti, bakalavriat (1998–2002) • Sumqayıt Dövlət Universiteti, magistratura (2005–2007) • AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti şöbəsini, doktorantura (2012–2023) |
Atası | Rahim Rafiq oğlu Həsənov |
Mükafatları | |
facebook səhifəsi |
Rahim Həsənov — tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müəllimi, AMEA Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin müdiri.
Haqqında məlumatlar
9 aprel 1981-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili
1998 – 2002-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində bakalavr,
2005 – 2007-ci illərdə isə Sumqayıt Dövlət Universitetinin politologiya fakültəsində magistr təhsili alıb.
2012 – 2023-cü illərdə AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin doktorantı olub.
Əmək fəaliyyəti
2003-cü ildən Şəki şəhər 20 saylı tam orta məktəbində tarix müəllimi,
2011-ci ildən AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifəsində çalışır.
Elmi fəaliyyəti
15 sentyabr 2023-cü il tarixdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.30 saylı Dissertasiya şurasının iclasında 5503.02 –“Vətən tarixi” ixtisası üzrə “Azərbaycan Xalq Cümhuriyyəti siyasi xadimlərinin dövlətçilik fəaliyyəti (1917-ci il fevral-1918-ci il may)” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru dissertasiya işini müdafiə edib.
30-dan çox elmi işin müəllifidir. O cümlədən, 7 məqaləsi xaricdə çap olunub.
İctimai-siyasi aktivliyi
2004 – 2010-cu illərdə “Çağdaş İntibah Gənc Maarifçilər” İctimai Birliyinin sədri olub.
Yeni Azərbaycan partiyasının üzvüdür.
2019-cu ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən namizədliyi irəli sürülüb, lakin seçilməyib.
Təltif və mükafatları
- “Tərəqqi” medalı – Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə (2009)[1];
- 5 min manat pul mükafatı – 2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən biri olduğuna görə[2].
Ailəsi
Ailəlidir, iki övladı var.
İstinadlar
Ədəbiyyat
- "Həsənov Rahim Rafiq oğlu". AMEA (azərb.). Şəki Regional Elmi Mərkəzi. https://shrem.az/. 9 Sep 2018 tarixində arxivləşdirilib.
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (2013). "2012/2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında". https://president.az/ (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 10 Mar 2014 – 9 Nov 2017 tarixində arxivləşdirilib.
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (2009). "Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında". http://frameworks.e-qanun.az (azərb.). E-qanun.az. 8 Apr 2021 tarixində arxivləşdirilib.
- "Həsənov Rahim Rafiq oğlu". https://gencalimler.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası. 14 Sep 2016 – 30 Nov 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- R
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 113, 114 və 115 saylı seçki dairələrindən Milli Məclis üzvlüyünə namizədlər (2020)
- AMEA Şəki Regional Elmi Mərkəzinin işçiləri
- Şəkinin tarixi haqqında məlumat verən müəlliflər
- 9 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 1981-ci ildə doğulanlar
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə