Rahim Məmmədov
Rahim Məmmədov | |
---|---|
Məmmədov Rahim Hümbət oğlu | |
![]() | |
Rahim Məmmədov. | |
Doğum tarixi | 28 yanvar 1969 |
Doğum yeri |
Şəki, ![]() ![]() |
Atası | Məmmədov Hümbət Qurban oğlu |
Vətəndaşlıq |
![]() ![]() |
İxtisası | K.E.Siolkovski adına Moskva Aviasiya Texnologiya İnstitutu və Azərbaycan Texniki Universiteti (1987–1993) |
facebook səhifəsi |
Rahim Məmmədov — dövlət qulluğu müşaviri, Azərbaycan Respublikası Hesablama Palatasının baş məsləhətçisi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
28 yanvar 1969-cu il tarixdə Şəkidə, fəhlə ailəsində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1976 – 1986-cı illərdə Şəki şəhər 14 №-li orta məktəbində,
1987 – 1993-cü illərdə əvvəlcə K.E.Siolkovski adına Moskva Aviasiya Texnologiya İnstitutunda sonra isə Azərbaycan Texniki Universitetində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1993 – 2002-ci illərdə müxtəlif müəssisələrdə,
2004 – 2007-cü illərdə Azfen BM-da,
2007 – 2009-cu illərdə “Caspel” MMC-də müxtəlif vəzifələrdə çalışıb.
2009 cu ildən Azərbaycan Respublikası Hesablama Palatasında işləyir; o cümlədən, əvvəlcə böyük məsləhətçi sonra isə baş məsləhətçi vəzifəsini tutub.
Hərbi xidmət[redaktə | HTML redaktə]
2002-ci ildə ehtiyatda olan zabit kimi orduya çağırılıb və 2003-cü ilin sonlarında baş leytenant rütbəsi ilə batareya komandiri kimi yenidən ehtiyata buraxılıb.
Ailəsi[redaktə | HTML redaktə]
Ailəlidir, bir oğlu və bir qızı var.
© 2019 – 2022 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |