Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Ramazan Qafarlı" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 66: Sətir 66:
 
==Ədəbiyyat==
 
==Ədəbiyyat==
 
# {{ŞAZ|1|322 — 324}}
 
# {{ŞAZ|1|322 — 324}}
# {{cite web | last =|url=http://www.folklor.az/ramazan-qafarli.htm |title= Ramazan Oruc oğlu Qafarlı folklorşünas, alim, filologiya üzrə elmlər doktoru, professor|author= |date= |website= http://www.folklor.az/|publisher=AMEA Folklor İnstitutu|language= az|accessdate= |archiveurl = |archivedate = |ref = harv}}
+
# {{cite web | last =|url=http://www.folklor.az/ramazan-qafarli.htm |title= Ramazan Oruc oğlu Qafarlı folklorşünas, alim, filologiya üzrə elmlər doktoru, professor|author= |date= |website= http://www.folklor.az/|publisher=AMEA Folklor İnstitutu|language= az|accessdate= |archiveurl =https://web.archive.org/web/20200730165525/http://www.folklor.az/ramazan-qafarli.htm |archivedate =22 Feb 2017 - 30 Jul 2020 |ref = harv}}
  
 
[[az:Ramazan Qafarlı]]
 
[[az:Ramazan Qafarlı]]

11:05, 16 iyun 2021 versiyası

Ramazan Qafarlı
Qafarlı Ramazan Oruc oğlu
Ramazan Qafarlı
Ramazan Qafarlı.
Doğum tarixi 17 iyun 1951(1951-06-17)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
İş yeri AMEA Folklor İnstitutu
Elmi dərəcəsi filologiya üzrə elmlər doktoru
Elmi adı professor
facebook səhifəsi

Ramazan Oruc oğlu Qafarlı — folklorşünas, alim, filologiya üzrə elmlər doktoru, professor.

Həyatı

Ramazan Qafarlı 1951-ci ilin iyun ayının 17-də Şəki şəhərində sənətkar ailəsində anadan olub. Atası Oruc kişi dabbaq idi. O, bu qədim peşəni övladlarına ötürməklə davam etdirmək niyyətində idi. Lakin sovet rejiminin sərt və qeyri-insani qanunları ona mane oldu. Fəaliyyətini xüsusi mülkiyətçilik hesab edib xalq sənətkarını bir neçə dəfə həbs etdilər. Oruc kişi peşəsini yaşada bilmədi. Müharibədə yaralanandan sonra uzun müddət xəstə yatdı və 1956-cı ildə vəfat etdi. Böyük külfəti dolandırmaq həyat yoldaşı Zərifə Məhəmməd qızının üzərinə düşdü.

Ramazan Qafarlı beşinci sinfə qədər Şəki şəherində yerləşən 7 saylı orta məktəbdə oxumuşdur. 1961-ci ildə ailəsi Bakı şəhərinə köçmüş və o, orta təhsilini burada, 39 saylı orta məktəbdə başa çatdırmışdır. O, 1974-cü ildə N.Tusi adına ADPU-nun filologiya fakültəsini bitirdikdən sonra Elmi şuranın qərarı ilə həmin ali məktəbdə saxlanıldı. Estoniyada ordu siralarında qulluq edib bir müddət seçkili orqanlarda (əvvəl komsomol komitəsində katib, sonra həmkarlar ittifaqı təşkilatında sədr) çalışdı. R.Qafarlı 1977-ci ildə ali məktəbi tərk edir və bir neçə il Rusiyada (Nikolayev, Xerson, Volqoqrad, Həştərxan, Kazan, Riqa və Leninqrad şəhərlərində) iş icraçısı vəzifəsini yerinə yetirir. 1981-ci ildə Bakışəhərinə qayıdıb Xətayi rayonunda yerleşən 204 saylı orta məktəbdə ixtisasıüzrə işləməyə başlayır.

Yaradıcılığı

O, 1984-cü ildə N.Tusi adına ADPU-nun əyani aspiranturasına daxil olur. 1988-ci ildə “Azərbaycan uşaq folkloru” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Həmin ildən pedaqoji universitetdəçalışır. O, 1989-91-ci illərdə filologiya elmləri üzrə Müdafiə şurasının üzvü və elmi katibi seçilir. Hazırda həmin təhsil ocağının “Dədə Qorqud Elmi-Tədqiqat Mərkəzi”nin müdiri vəzifəsində işləyir və Dünya ədəbiyyatı tarixi kafedrasının professorudur. R. Qafarlı 2003-cü ilin oktyabrdan 2004-cü ilin fevralınadək Rusiyanın Sankt-Peterburq şəhərində doktorluq stajirovkası keçmiş, A. Gertsen ad. Rusiya Dövlət Pedaqoji Universitetin elmi şurasında “Мифологическая картина мира азербайджан­ского этноса” (“Azerbaycan xalqının təsəvvüründə mifoloji Dünya Modeli”) adli doktorluq dissertasiyası mövzusu tesdiqlətmişdir. R. Qafarlının tədqiqat işi həmin ali məktəbin “Etnokulturologiya” kafedrasında müzakirə olunub müdafiəyə buraxılmışdır. R. Qafarlı 2010-cu ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunun Müdafiə Şurasında “Azərbaycan türklərinin mifologiyası” adlı doktorluq dissertasiyası müdafiə etmişdir. R.Qafarlının müəllifi olduğu internet saytı (rus və Azərbaycan-türk dillerində) dünyanın bütün kataloqlarına düşmüşdür.

O, on altı dərs proqramının, səkkiz monoqrafiyanın, iki dərs vəsaitinin, bir neçə folklor toplusunun, o cümlədən “Mif və nağıl” (1999), “Azərbaycan mifologiyası” (2001), “Azərbaycan atalar sözləri, xalq mahnıları və dramlarının poetikası” (2001), “Folklor poetikası” (2001), “Azərbaycan uşaq folkloru və poetikası” (2002), “Mifologiya və folklorşünaslıq məsələləri” (2002), “Azərbaycan türklərinin mifologiyası” (2005), “Mif, nağıl və əfsanə” (epik ənənədə janrlararası əlaqə) (2004), eləcə də 300-dən şox elmi-publisistik məqalənin müəllifidir. R.QafarlıAMEA Ədəbiyyat İnstitutunun hazırladığı 6-cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin 1-ci cildinin (Bakı, Elm, 2004. - 8 çap vəreqi həcmində üç oçerkin: “Uşaq folkloru”, “Xalq dramları”, “Xalq mahnıları”) müəlliflərindən biridir. Bir sıra əsərləri xarici ölkələrdə – Türkiyədə, Rusiyada: Sankt-Peterburqda “Философия любви на деревнем Востоке и Низами” (“Şərqdə məhəbbət fəlsəfəsi və Nizami”) monoqrafiyası, Moskavada “Детская литература” jurnalında əsərləri çap olunub. Onun toplayıb tərtib etdiyi “Şəki folkloru” (2002) toplusunda Molla Cumənin indiyədək elm aleminə bəlli olmayan altı dastanı toplanmışdır.

R.Qafarlı folklor poetikası, mifologiya, “Kitabi-Dədə Qorqud”un poetik strukturu, uşaq folkloru, xalq dramları, atalar sözü, aşıq sənəti və sufizm, Nizami və “Avesta”, struktur poetikası və s. problemler üzərində tədqiqat işləri aparır. Onun ssenarisi əsasında Dünya azərbaycanlılarının həmrəyliк gününə həsr olunan “Xanım, hey” bedii filmi, “Laylalar” bədii-etnoqrafik filmi çəkilmişdir. R.Qafarlı “Ərən”,“Xəmsə” qəzetlərinin, “Qafqaz” və “Xəmsə” jurnallarını təsis etmişdir Onun tərtib və redaktorluq etdiyi “Heydər Əliyev-78”, “Bəxtiyar Vahabzadə-75”, “Akademik Bəkir Nebiyev-70 və 80”, “Ağayar Şükürov-55”xüsusi buraxılışları, dövlət rəhbəri və elm xadimlərimizin həyat səlnaməsinə güzgü tutmuşdur. Onun monoqrafiya ve kitabları haqqında xalq şairi, akademik B.Vahabzadə, akademik B.Nebiyev, akademik İ.Həbibbəyli, AMEA-nın müxbir üzvüləri Y.Qarayev, A.Nəbiyev, V.Əliyev ve b. respublika metbuatında məqalələrlə çıxış etmişlər.

R.Qafarlı 1990-cı ildə Soçidə keçirilən gənc tənqidçilərin Ümumittifaq müşavirəsində, 2000-ci ildə “Dədə Qorqud-1300” Beynelxalq elmi simpoziumunda, 2003 və 2004-cü illərdə Sank-Peterburq şəhərində IV və V “Реальность этноса” Beynelxalq elmi konfransında, Türkiyənin Ankara, İstanbul, Antaliya, Qazıantep, Fətiyyə, İzmir və b. şəhərlərində keçirilən Uluslararası elmi simpoziumlarda məruzələr oxumuşdur.

2003-cü ilin noyabr ayında R.Qafarlı respublikamızda ilk dəfə olaraq Azərbaycan folkloru və mifologiyasının müxtəlif problemlerini özündəəks etdiren www.azmif. net (“Азербайджанская тюркская мифология и фольклор” // “Azərbaycan türk mifologiyası və folkloru”) saytını yaratmışdır. Mədəniyyətimizi beynəlxalq səviyyədə yaydığına görə www.azmif.net saytı 2005-ci ildə “Netty” Beynelxalq İnternet Akademiyasının müsabiqəsinin qalibi elan olunmuşdur.

Ramazan Qafarlının xidmətlərindən biri də xalq şairi Bəxtiyar Vahabzadənin əsərlərinin külliyatının 12 cildliyini tərtib edib nəşrə hazırlamış, yaradıcılığına “Bəxtiyar Vahabzadə əbədiyyat yolunda” (2010) kinabını çap etdirmişdir.


Xarici keçidlər

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Qafarlı Ramazan // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 322 — 324. — 1.000 nüsx.
  2. "Ramazan Oruc oğlu Qafarlı folklorşünas, alim, filologiya üzrə elmlər doktoru, professor". http://www.folklor.az/ (azərb.). AMEA Folklor İnstitutu. 22 Feb 2017 – 30 Jul 2020 tarixində arxivləşdirilib.