Ramazan Qafarlı

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (müzakirə | redaktələr) tərəfindən edilmiş 11:54, 16 iyun 2021 tarixli redaktə
Ramazan Qafarlı
Qafarlı Ramazan Oruc oğlu
Ramazan Qafarlı
Ramazan Qafarlı, 18 iyun 2020-ci il.
Doğum tarixi 17 iyun 1951(1951-06-17)
Doğum yeri Nuxa, Azərbaycan SSR, SSRİ
İş yeri AMEA Folklor İnstitutu
Elmi dərəcəsi filologiya üzrə elmlər doktoru
Elmi adı professor
facebook səhifəsi

Ramazan Oruc oğlu Qafarlı — folklorşünas, alim, filologiya üzrə elmlər doktoru, professor,

Haqqında məlumatlar

17 iyun 1951-ci il tarixdə Nuxada (indiki Şəki)anadan olub.

1961-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb.

Təhsili

1958 – 1961-ci illərdə Nuxa şəhər 7 №-li orta məktəbində,

1961 – 1968-ci illərdə Bakı şəhər 39 №-li orta məktəbində təhsil alıb.

1974-cü ildə V.İ.Lenin adına Azərbauycan Pedaqoji institutunu bitirib.

1984-cü ildə V.İ.Lenin adına Azərbauycan Pedaqoji institutunun əyani aspiranturasına daxil olub.

2003-cü ilin oktyabrdan 2004-cü ilin fevralınadək Rusiyanın Sankt-Peterburq şəhərində doktorluq stajirovkası keçib.

Hərbi xidmətdə

Estoniyada, Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

Bir müddət seçkili orqanlarda (əvvəl komsomol komitəsində katib, sonra həmkarlar ittifaqı təşkilatında sədr) çalışdı.

R.Qafarlı 1977-ci ildə ali məktəbi tərk edir və bir neçə il Rusiyada (Nikolayev, Xerson, Volqoqrad, Həştərxan, Kazan, Riqa və Leninqrad şəhərlərində) iş icraçısı vəzifəsini yerinə yetirir.

1981-ci ildə Bakı şəhərinə qayıdıb Xətayi rayonunda yerleşən 204 saylı orta məktəbdə ixtisasıüzrə işləməyə başlayır.

1988-ci ildən pedaqoji universitetdəçalışır. Hazırda həmin təhsil ocağının “Dədə Qorqud Elmi-Tədqiqat Mərkəzi”nin müdiri vəzifəsində işləyir və Dünya ədəbiyyatı tarixi kafedrasının professorudur.

Elmi fəaliyyəti

1988-ci ildə “Azərbaycan uşaq folkloru” mövzusunda namizədlik dissertasiyasını,

2010-cu ildə “Azərbaycan türklərinin mifologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1990-cı ildə Soçidə keçirilən gənc tənqidçilərin Ümumittifaq müşavirəsində, 2000-ci ildə “Dədə Qorqud-1300” Beynelxalq elmi simpoziumunda, 2003 və 2004-cü illərdə Sank-Peterburq şəhərində IV və V “Реальность этноса” Beynelxalq elmi konfransında, Türkiyənin Ankara, İstanbul, Antaliya, Qazıantep, Fətiyyə, İzmir və b. şəhərlərində keçirilən Uluslararası elmi simpoziumlarda məruzələr oxumuşdur.

O, on altı dərs proqramının, səkkiz monoqrafiyanın, iki dərs vəsaitinin, bir neçə folklor toplusunun, o cümlədən “Mif və nağıl” (1999), “Azərbaycan mifologiyası” (2001), “Azərbaycan atalar sözləri, xalq mahnıları və dramlarının poetikası” (2001), “Folklor poetikası” (2001), “Azərbaycan uşaq folkloru və poetikası” (2002), “Mifologiya və folklorşünaslıq məsələləri” (2002), “Azərbaycan türklərinin mifologiyası” (2005), “Mif, nağıl və əfsanə” (epik ənənədə janrlararası əlaqə) (2004), eləcə də 300-dən şox elmi-publisistik məqalənin müəllifidir.


Ailəsi

Atası: Oruc dabbaq olub. Böyük Vətən müharibəsi iştirakçısı və əlili idi. 1956-cı ildə vəfat edib.

Anası Zərifə Məhəmməd qızı.

Digər

2003 – 2009-cu ilədək internetdə “Azərbaycan türk mifologiyası və folkloru” adlı azərbaycan, rus və ingilis dillərində saytı (Bax: arxiv versiyası) fəaliyyət göstərib.

Ssenarisi əsasında Dünya azərbaycanlılarının həmrəyliк gününə həsr olunan “Xanım, hey” bedii filmi, “Laylalar” bədii-etnoqrafik filmi çəkilib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Qafarlı Ramazan // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 322 — 324. — 1.000 nüsx.
  2. "Ramazan Oruc oğlu Qafarlı folklorşünas, alim, filologiya üzrə elmlər doktoru, professor". http://www.folklor.az/ (azərb.). AMEA Folklor İnstitutu. 22 Feb 2017 – 30 Jul 2020 tarixində arxivləşdirilib.