Ramazan Qafarlı

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Ramazan Qafarlı
Qafarlı (Qaffarov) Ramazan Oruc oğlu
Ramazan Qafarlı
Ramazan Qafarlı, 18 iyun 2020-ci il.
Doğum tarixi 17 iyun 1951 (1951-06-17) (72 yaş)
Doğum yeri Nuxa, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
İş yeri

 • Azərbaycan Pedaqoji Universiteti, Dünya ədəbiyyatı tarixi kafedrası (professor)

 • Azərbaycan Pedaqoji Universiteti, “Dədə Qorqud” Elmi–Tədqiqat Mərkəzi (müdir)
Elmi dərəcəsi filologiya üzrə elmlər doktoru
Elmi adı professor
Təhsili

V.İ.Lenin adına Azərbaycan Pedaqoji institutu (1970–1974)

V.İ.Lenin adına Azərbaycan Pedaqoji institutu, əyani aspirantura (1984–)
Mifologiya.az
facebook səhifəsi

Ramazan Qafarlı (Qaffarov) — tanınmış folklorşünas alim, filologiya üzrə elmlər doktoru, AMEA Folklor institutunun Dədə Qorqud şöbəsinin müdiri və “Dədə Qorqud” jurnalının baş redaktoru.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

17 iyun 1951-ci il tarixdə Nuxada (indiki Şəki), sənətkar ailəsində anadan olub.

1963-ci ildə ailəvi Bakıya köçüblər.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1958 – 1963-ci illərdə Nuxa şəhər 7 №-li orta məktəbində,

1963 – 1968-ci illərdə Bakı şəhər 39 №-li orta məktəbində,

1970 – 1974-cü illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.

1984-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun əyani aspiranturasına daxil olub.

2003-cü ilin oktyabrdan 2004-cü ilin fevralınadək Rusiyanın Sankt-Peterburq şəhərində doktorluq stajirovkası keçib.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1974 – 1977-ci illərdə bir müddət (həqiqi hərbi xidmət dövrü istisna olmaqla) V.İ.Lenin adına Azərbaycan Pedaqoji institutunda əvvəl komsomol komitəsində katib, sonra həmkarlar ittifaqı təşkilatında sədr,

1977 – 1981-ci illərdə Nikolayev, Xerson, Volqoqrad, Həştərxan, Kazan, Riqa və Leninqrad şəhərlərində iş icraçısı,

1981-ci ildən Bakı şəhər 204 №-li orta məktəbində müəllim,

1988-ci ildən V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda müəllim işləyib.

2015-ci ilin dekabr ayından AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiridir.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1988-ci ildə “Azərbaycan uşaq folkloru” mövzusunda namizədlik dissertasiyasını,

2010-cu ildə “Azərbaycan türklərinin mifologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

On altı dərs proqramının, səkkiz monoqrafiyanın, iki dərs vəsaitinin, bir neçə folklor toplusunun, o cümlədən “Mif və nağıl” (1999), “Azərbaycan mifologiyası” (2001), “Azərbaycan atalar sözləri, xalq mahnıları və dramlarının poetikası” (2001), “Folklor poetikası” (2001), “Azərbaycan uşaq folkloru və poetikası” (2002), “Mifologiya və folklorşünaslıq məsələləri” (2002), “Azərbaycan türklərinin mifologiyası” (2005), “Mif, nağıl və əfsanə” (epik ənənədə janrlararası əlaqə) (2004), eləcə də 300-dən çox elmi-publisistik məqalənin müəllifidir.

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Atası: Oruc dabbaq olub, Böyük Vətən müharibəsi iştirakçısı və əlili idi, 1956-cı ildə vəfat edib.

Anası Zərifə Məhəmməd qızı.

Digər[Vizual redaktə | HTML redaktə]

2003 – 2009-cu ilədək internetdə “Azərbaycan türk mifologiyası və folkloru” adlı azərbaycan, rus və ingilis dillərində saytı (Bax: arxiv versiyası) fəaliyyət göstərib.

Ssenarisi əsasında Dünya azərbaycanlılarının həmrəyliк gününə həsr olunan “Xanım, hey” bədii filmi, “Laylalar” bədii-etnoqrafik filmi çəkilib.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Qafarlı Ramazan // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 322-324. — 1.000 nüsx.
  2. "Ramazan Oruc oğlu Qafarlı folklorşünas, alim, filologiya üzrə elmlər doktoru, professor". http://www.folklor.az/ (azərb.). AMEA Folklor İnstitutu. 22 Feb 2017 – 30 Jul 2020 tarixində arxivləşdirilib.
  3. Ramazan Qaffarlı — 70 : [arx. 23.07.2021] // Mifologiya.az. — Müraciət tarixi: 23.07.2021.