Ramil Əliyev: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
 
(Eyni redaktor tərəfindən edilmiş bir ara dəyişiklik göstərilmir)
Sətir 4: Sətir 4:
  |Adı                  = Ramil Əliyev
  |Adı                  = Ramil Əliyev
  |Tam adı              = Əliyev Ramil Manaf oğlu
  |Tam adı              = Əliyev Ramil Manaf oğlu
  |Şəkil                = Ramil_Əliyev.png
  |Şəkil                = Ramil Əliyev.png
  |Şəklin ölçüsü        =  
  |Şəklin ölçüsü        =  
  |Şəklin izahı          = Ramil Əliyev.
  |Şəklin izahı          = Ramil Əliyev.

Səhifəsinin 19:03, 27 sentyabr 2023 tarixinə olan son versiyası

Ramil Əliyev
Əliyev Ramil Manaf oğlu
Ramil Əliyev
Ramil Əliyev.
Doğum tarixi 28 sentyabr 1953 (1953-09-28) (70 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi filolo­giya
İş yeri Azərbaycan Dövlət Pedaqoji İnstitutu (professor)
Elmi dərəcəsi filolo­giya üzrə elmlər doktoru
Elmi adı professor
Təhsili  • S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültə­si (1972–1977)

Ramil Əliyev — filolo­giya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun professoru.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

28 sentyabr 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1960 – 1970-ci illərdə Nuxa/Şəki şəhər M.Qorki adına 10 №-li orta məktəbində,

1971-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hazırlıq şöbəsində,

1972 – 1977-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültə­sində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1970 – 1971-ci illərdə Şəki mətbəəsində,

1983-cü ildə Nizami adına Azərbaycan ədə­biy­yatı tarixi muzeyində,

1983 – 1995-ci illərdə Elm nəşriy­ya­tında işləyib.

1995 – 2002-ci illərdə АMEА Milli Münasibətlər İnstitu­tunda,

2002-ci ildə АMEА Folklor İnstitu­tunda böyük elmi işçi, aparıcı elmi işçi vəzifəsində çalışıb.

2009 – 2016-cı illərdə Azərbay­can Müəllimlər İnstitutunda işləyib; o cümlədən,

2009-cu ildən Azər­baycan dilinin tədrisi metodikası kafedrasında müəllim,

2010-cu ildən Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedra­sında əvvəlcə dosent, sonra isə kafedranın müdiri vəzifəsini tutub,

2015-ci ildən institutun elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunub.

2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun professorudur.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1992-ci ildə “Mifoloji görüşlər və onların Azərbaycan nağıllarında izləri” mövzusunda namizədlik dissertasiyasını,

2008-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib.

2009-cu ildə filolo­giya üzrə elmlər doktoru elmi dərəcəsini,

2014-cü ildə professor elmi adını alıb.

100-dən artıq kitab, monoqrafiya, dərslik, dərs vəsaiti, proqram, məqalə və metodik işlərin müəllifidir.

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Ailəlidir. İki övladı, dörd nəvəsi var.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Əliyev Ramil // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 136-138. — 1.000 nüsx.
  2. Əliyev Ramil Manaf oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 375. — ISBN 978-9952-441-13-0.
  3. Ramil Əliyev : [arx. 26.10.2021] // Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya Fakültəsi​. — Müraciət tarixi: 26.10.2021.