Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Ramil Əliyev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 20:44, 26 oktyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Ramil Əliyev
Əliyev Ramil Manaf oğlu
Ramil Əliyev
Ramil Əliyev.
Doğum tarixi 28 sentyabr 1953 (1953-09-28) (70 yaş)

Ramil Əliyev

Haqqında məlumatlar

Təhsili

Elmi fəaliyyəti

Əmək fəaliyyəti

Təltif və mükafatları

Ramil Manaf oğlu Əliyev 1953-cü il sentyabr ayının 28-də Аzərbaycan Respublikasının Şəki şəhərində anadan olmuşdur. 1960-1970-ci illərdə Şəki şəhər 10 №-li orta məktəbdə təhsil almış, 1970-1971-ci illərdə Şəki mətbəəsində çalışmışdır. 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültə­sində oxumuşdur.1983-cü ildə Nizami adına Аzərbaycan ədə­biy­yatı tarixi muzeyində, 1983-1995-ci illərdə Elm nəşriy­ya­tında işləmiş, 1992-ci ildə Mifoloji görüşlər və onların Аzər­baycan nağıllarında izləri mövzusunda namizədlik, 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2009-cu ildən filolo­giya üzrə elmlər doktorudur. 2014-cü ildə AAK-ın qərarı ilə professor elmi adını almışdır.1995-2002-ci illərdə АMEА Milli Münasibətlər İnstitu­tunda, 2002-ci ildə АMEА Folklor İnstitu­tunda böyük elmi işçi, aparıcı elmi işçi, 2009-cu ildən Azərbay­can Müəllimlər İnstitutu Azər­baycan dilinin tədrisi metodikası kafedrasında müəllim vəzifəsində çalışmış, 2010-cu ildən Аzər­baycan ədəbiyyatı və onun tədrisi metodikası kafedra­sının dosenti vəzifəsini tutmuşdur. Sonra həmin kafedranın müdiri olmuş, 2015-ci ildən elmi işlər üzrə prorektor təyin olunmuşdur. 100-dən artıq kitab, monoqrafiya, dərslik, dərs vəsaiti, proqram, məqalə və metodik işlərin müəllifidir.

Аiləlidir. İki övladı, dörd nəvəsi vardır.


Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əliyev Ramil // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 136-138. — 1.000 nüsx.
  2. Əliyev Ramil Manaf oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 375. — ISBN 978-9952-441-13-0.
  3. Ramil Əliyev : [arx. 26.10.2021] // Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya Fakültəsi​. — Müraciət tarixi: 26.10.2021.