Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Ramil Əliyev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:15, 26 oktyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Ramil Əliyev
Əliyev Ramil Manaf oğlu
Ramil Əliyev
Ramil Əliyev.
Doğum tarixi 28 sentyabr 1953 (1953-09-28) (70 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi filolo­giya
İş yeri Azərbay­can Müəllimlər İnstitutu (elmi işlər üzrə prorektor)
Elmi dərəcəsi filolo­giya üzrə elmlər doktoru
Elmi adı professor
Təhsili  • S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültə­si (1972–1977)

Ramil Əliyev — filolo­giya üzrə elmlər doktoru, professor, Azərbay­can Müəllimlər İnstitutunun elmi işlər üzrə prorektoru.

Haqqında məlumatlar

28 sentyabr 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1960 – 1970-ci illərdə Nuxa/Şəki şəhər 10 №-li orta məktəbində,

1972 – 1977-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültə­sində təhsil alıb.

Əmək fəaliyyəti

1970 – 1971-ci illərdə Şəki mətbəəsində,

1983-cü ildə Nizami adına Аzərbaycan ədə­biy­yatı tarixi muzeyində,

1983 – 1995-ci illərdə Elm nəşriy­ya­tında işləyib.

1995 – 2002-ci illərdə АMEА Milli Münasibətlər İnstitu­tunda,

2002-ci ildə АMEА Folklor İnstitu­tunda böyük elmi işçi, aparıcı elmi işçi vəzifəsində çalışıb.

2009-cu ildən Azərbay­can Müəllimlər İnstitutunda işləyir; o cümlədən,

2009-cu ildən Azər­baycan dilinin tədrisi metodikası kafedrasında müəllim,

2010-cu ildən Аzər­baycan ədəbiyyatı və onun tədrisi metodikası kafedra­sında əvvəlcə dosent, sonra isə kafedranın müdiri vəzifəsini tutub,

2015-ci ildən institutun elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunub.

Elmi fəaliyyəti

1992-ci ildə “Mifoloji görüşlər və onların Аzər­baycan nağıllarında izləri” mövzusunda namizədlik dissertasiyasını,

2008-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib.

2009-cu ildə filolo­giya üzrə elmlər doktoru elmi dərəcəsini,

2014-cü ildə professor elmi adını alıb.

100-dən artıq kitab, monoqrafiya, dərslik, dərs vəsaiti, proqram, məqalə və metodik işlərin müəllifidir.

Ailəsi

Аiləlidir. İki övladı, dörd nəvəsi vardır.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əliyev Ramil // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 136-138. — 1.000 nüsx.
  2. Əliyev Ramil Manaf oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 375. — ISBN 978-9952-441-13-0.
  3. Ramil Əliyev : [arx. 26.10.2021] // Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya Fakültəsi​. — Müraciət tarixi: 26.10.2021.