Ramil Abdulhəmidov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Ramil Abdulhəmidov
Abdulhəmidov Ramil Arzu oğlu
Ramil Abdulhəmidov
Ramil Abdulhəmidov, 2019.
Doğum tarixi 2 iyun 1982 (1982-06-02) (41 yaş)
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Nərminə Ağayeva
Uşaqları Murad və Xəyal
Atası Arzu Abdulhəmidov
Anası Sevil Abdulhəmidova
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili

 • Azərbaycan Beynəlxalq Universitetini, hüquq fakültəsi (–2003)

 • Kiyev Milli Aviasiya Universiteti, hüquq ixtisası. magistratura (–2014)

Ramil Abdulhəmidov — Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı, kiçik ədliyyə müşaviri.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

2 iyun 1982-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1999-cu ildə Şəki şəhər 8 saylı beynəlmiləl orta məktəbini,

2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetini,

2014-cü ildə Kiyev Milli Aviasiya Universitetinin magistraturasını bitirib.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

2001 – 2008-ci illərdə əvvəl “NVF Consulting”də, sonra “Şəki-Sərnişin” ASC-də, daha sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində hüquqşünas vəzifəsində işləyib.

2008-ci ildən ədliyyə orqanlarında xidmət edir və dövlət sirrinin mühafizəsi sahəsində çalışır.

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Ailəlidir, iki oğlu var.

Həyat yoldaşı Nərminə Ağayeva AMEA Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəridir.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin Siyahısı : [arx. 23.09.2020] // Ədliyyə Nazirliyi. — 2009. — 1 oktyabr. — Müraciət tarixi: 02.06.2022.