Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Ramil Babazadə

Şəki Ensiklopediyası səhifəsi
91.242.20.241 (Müzakirə) (3689 dəyişikliyi 91.242.20.241 (Müzakirə) tərəfindən geri alındı.) tərəfindən edilmiş 01:47, 7 may 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Ramil Babazadə
Ramil Tərlan oğlu Babazadə
Ramil Babazadə
Ramil Babazadə
Doğum tarixi 6 may 2001 (2001-05-06) (22 yaş)
Doğum yeri Flag of Azerbaijan.svg Azərbaycan, Şəki
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
İxtisası kimya
Təhsili Cənubi Koreyanın KAİST Universiteti (2018)

Ramil Babazadə – Cənubi Koreyanın KAİST Universitetində kimya ixtisası üzrə təhsil alan azərbaycanlı tələbə. Orta məktəb şagirdi olarkən — 2016 – 2018-ci illərdə, beynəlxalq fənn olimpiyadalarında 2 qızıl, 1 gümüş, 3 bürünc medal qazanmış, həmçinin, 2017-2018-ci illərdə Respublika Fənn Olimpiadasının qalibi olmuşdu.

Həyat və fəaliyyəti

2001-ci ildə Şəkidə anadan olub. Üç yaşı olarkən ailəsi Bakıya köçüb. 7-ci sinfə qədər Bakıdakı 74 saylı orta məktəbdə, daha sonra – 7-ci sinifdən 11-ci sinfə qədər, Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot sinfində orta təhsil alıb. 9-cu sinifdə oxuyarkən – 2016-cı ildə, ilk dəfə beynəlxalq fənn olimiyadasında iştirak etmiş və bürünc medal qazanmışdır. Beynəlxalq fənn olimiyadalarında sonrakı uğurları ona təhsilini dünyanın istənilən aparıcı təhsil müəssisələrindən birində və təqaüdlə davam etdirmək imkanı yaradırdı. Ramil Babazadə Cənubi Koreyanın KAİST Universitetini seçmiş, 2018-ci ildən həmin universitetdə təhsil almağa başlamışdır.

Mükafatları

  • 2016-cı il – Respublika fənn olimpiyadası, kimya, gümüş medal;
  • 2016-cı il – 48-ci Beynəlxalq Kimya Olimpiadası, bürünc medal;
  • 2016-cı il – 13-cü Beynəlxalq Təbiət Elmləri Olimpiadası – bürünc medal;
  • 2017-cı il – 51-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası – bürünc medal;
  • 2017-cı il – Respublika fənn olimpiadası – “birincilər birincisi” nominasiyası və qızıl medal;
  • 2017-cı il – 49-cu Beynəlxalq Kimya Olimpiadası, kimya – qızıl medal;
  • 2017-cı il – 2-ci Beynəlxalq Meqapolis Şəhərlərin Olimpiadası – qızıl medal;
  • 2018-cı il – Respublika fənn olimpiadası, kimya – “birincilər birincisi” nominasiyası və qızıl medal;
  • 2018-cı il – 50-ci Beynəlxalq Kimya Olimpiadası – gümüş medal;
  • 2018-cı il – Gənclər və İdman Nazirliyi tərəfindən uğurlu fəaliyyətinə görə “İlin gənci” nominasiyası;
  • 2018-cı il – Azərbaycan respublikası Milli Məclisinin və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə tədbirində “Azərbaycanın gələcəyi” mükafatı.

İstifadə edilmiş əsas mənbə

Beynəlxalq olimpiadaların qızıl medalçısı: “Kimya mənim üçün hər şeydir” (AzEdu.az)

Şablon:Yaxşı məqalə