Ramil Babazadə
Ramil Babazadə | |
---|---|
Ramil Tərlan oğlu Babazadə | |
![]() | |
Ramil Babazadə. |
Ramil Babazadə — Qlazqo Universitetinin (Böyük Britaniya) rəqəmsal kimya ixtisası üzrə doktorantı. Süni intellekt kimyası üzrə tədqiqat aparır, nüfuzlu “Nature” jurnalında iki məqaləsi dərc olunub.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
6 may 2001-ci il tarixdə Şəkidə anadan olub.
2004-cü ildə ailəvi Bakıya köçüblər.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
7-ci sinfə qədər Bakıdakı 74 saylı orta məktəbdə, daha sonra,
7-ci sinifdən 11-ci sinfə qədər, Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot sinfində təhsil alıb.
Beynəlxalq fənn olimpiadalarında uğurları ona təhsilini dünyanın istənilən aparıcı təhsil müəssisələrindən birində və təqaüdlə davam etdirmək imkanı yaradırdı. Ramil Babazadə Cənubi Koreyanın KAİST Universitetini seçmiş və 2018–2024-cü illərdə həmin universitetdə bakalavr pilləsi üzrə təhsil almışdır.
2025-ci ildən Qlazqo Universitetinin (Böyük Britaniya) doktoranturasında illik 100 min manat dəyərində dördillik təqaüdlə rəqəmsal kimya ixtisası üzrə təhsil almağa başlayıb.
Mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- 2016-cı il – Respublika fənn olimpiyadası, kimya, gümüş medal;
- 2016-cı il – 48-ci Beynəlxalq Kimya Olimpiadası, bürünc medal;
- 2016-cı il – 13-cü Beynəlxalq Təbiət Elmləri Olimpiadası – bürünc medal;
- 2017-cı il – 51-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası – bürünc medal;
- 2017-cı il – Respublika fənn olimpiadası – “birincilər birincisi” nominasiyası və qızıl medal;
- 2017-cı il – 49-cu Beynəlxalq Kimya Olimpiadası, kimya – qızıl medal;
- 2017-cı il – 2-ci Beynəlxalq Meqapolis Şəhərlərin Olimpiadası – qızıl medal;
- 2018-cı il – Respublika fənn olimpiadası, kimya – “birincilər birincisi” nominasiyası və qızıl medal;
- 2018-cı il – 50-ci Beynəlxalq Kimya Olimpiadası – gümüş medal;
- 2018-cı il – Gənclər və İdman Nazirliyi tərəfindən uğurlu fəaliyyətinə görə “İlin gənci” nominasiyası;
- 2018-cı il – Azərbaycan Respublikası Milli Məclisinin və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə tədbirində “Azərbaycanın gələcəyi” mükafatı.
- 2021-ci il – “Daewoong” fondunun dəstəyi ilə Cənubi Koreyada keçirilən “Hackathon” yarışında tailandlı mentoru ilə birlikdə qalib olub.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- ...
- Azərbaycanlı tələbə Koreyada süni-intellekt üzrə qalib oldu // Azedu.az. — 2025. — 8 yanvar. — Müraciət tarixi: 29.12.2021.
- Azərbaycanlı olimpiadaçı 400 minlik təqaüd qazanıb // Azedu.az. — 2025. — 8 yanvar. — Müraciət tarixi: 09.01.2025.
Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]
...