Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Ramiz Orsər

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:23, 19 avqust 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Ramiz Yusifov
Yusifov Ramiz Rəhim oğlu
Ramiz Yusifov
Ramiz Orsər.
Təxəllüsü Orsər
Doğum tarixi 20 avqust 1956 (1956-08-20) (67 yaş)
Doğum yeri Qoxmuq, Nuxa rayonu (indiki Şəki rayonu), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Kirovabad Pedaqoji İnstitutu, azərbaycan dili və ədəbiyyatı fakültəsi (–1981)
facebook səhifəsi

Ramiz Orsər — şair və yazıçı, pedaqoq və ədəbiyyatşünas, Şəki Dövlət Regional Kollecinin müəllimi.

Haqqında məlumatlar

8 avqust 1956-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qoxmuq kəndində anadan olub.

Təhsili

1973-cü ildə Qoxmuq kənd orta məktəbini,

1981-cı ildə Kirovabad Pedaqoji İnstitutunun azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib.

Əmək fəaliyyəti

Şəki şəhər Könüllü Kitabsevərlər Cəmiyyətinin məsul katibi,

Azərbaycan KP Şəki şəhər komitəsində təlimatçı,

Şəki şəhər İcra hakimiyyəti aparatında baş məsləhətçi,

Bakı Dövlət Universitetinin Şəki filialındaŞəki Pedaqoji Kollecində müəllim vəzifəsində çalışıb.

2015-ci ildən Şəki Dövlət Regional Kollecinin müəllimidir.

Yaradıcılığı

1986–2019-cu illər arasında 16 kitabı çap olunub.

Öz şeir və hekayələri ilə yanaşı, çoxlu sayda şəxsin bioqrafik məlumatlarını da toplayıb çap etdirib. 856 səhifəlik “Şəkidən gələn səslər” kitabı 240 şəkili şair və yazıçının bioqrafik məlumatlarından və yaradıcılıqlarından nümunələrdən ibarətdir. “Haqqın səsi” kitabı isə bütünlüklə Şirməmməd Hüseynovun həyat və fəaliyyətinə həsr edilib.

Kitablarının siyahısı

  1. Şəkil Şəki (1986);
  2. Mən güney çiçəyiyəm (1997);
  3. Bir görüş nəğməsi (1998);
  4. Adına qurban (2001);
  5. Mamay Məmməd (2001);
  6. Məhəbbət ovu (2003);
  7. Vətən nəğməsi (2004);
  8. Yaşıl səs – Çingiz və kamerası (2006);
  9. Yaxşılıq (2007);
  10. İşıq məbədi (2010) – həmmüəllif;
  11. Yaxşılıq etməkdən doymayan adam (2011);
  12. İşıqlı ömür yolu (2011);
  13. Bu vətəndə (2013 – 2014);
  14. Qarabağ dərdi (2015);
  15. Şəkidən gələn səslər (2018);
  16. Haqqın səsi (2019).

Ədəbiyyat

  1. Orsər R. Ramiz Orsər // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 592. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.