Aydın Məmmədov2019.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Ramiz Xəlifəzadə

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:54, 25 iyul 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Ramiz Xəlifəzadə
Xəlifəzadə Ramiz Müzəffər oğlu
Ramiz Xəlifəzadə
Ramiz Xəlifəzadə.
Doğum tarixi 6 iyun 1927(1927-06-06)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 29 iyul 2014 (87 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Krivoy Roq Mədənçilik İnstitutunun (indiki Krivoy Roq Milli Universiteti), dağ elektro-mexanika şöbəsi (1949–1953)

Ramiz Xəlifəzadə (1927–2014) — tanınmış elektromexanik və pedaqoq; uzun müddət Bakı Tibb Avadanlıqlarının Təmiri Zavodunun Şəki rayonlararası filialının müdiri vəzifəsində çalışıb və Şəki şəhər 7 №-li orta məktəbində dərs deyib.

Haqqında məlumatlar

6 iyun 1927-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1949 – 1953-cü illərdə Krivoy Roq Mədənçilik İnstitutunun (indiki Krivoy Roq Milli Universiteti) dağ elektro-mexanika şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti

1953 – 1956-cı illərdə Bakı V.İ.Lenin adına Toxuculuq Kombinatının elektrik şöbəsində mühəndis,

1957 – 1966-cı illərdə Nuxa Elektrik Şəbəkəsində mühəndis,

1966 – 1976-cı illərdə Nuxa/Şəki rayonlararası radio-televiziya atelyesinin rəisi,

1976 – 1998 illərdə Bakı Tibb Avadanlıqlarının Təmiri Zavodunun Şəki rayonlararası filialının müdiri olub.

Pedaqoji fəaliyyəti

Şəki şəhər 7 №-li orta məktəbində müəllim işləyib.

Vəfatı

29 iyul 2014-ci il tarixdə – 87 yaşında, Şəkidə vəfat edib.

Ailəsi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji-kəşfiyyat fakültəsinin məsləhətçi-professoru Çingiz Xəlifəzadənin qardaşı,

Görkəmli heykəltəraş-monumentalist Fuad Əbdürrəhmanovun (1915–1971) bibisi oğludur.