Ramiz Xəlifəzadə (1927–2014) — tanınmış elektromexanik və pedaqoq; uzun müddət Bakı Tibb Avadanlıqlarının Təmiri Zavodunun Şəki rayonlararası filialının müdiri vəzifəsində çalışmış və Şəki şəhər 7 №-li orta məktəbində dərs demişdir.

Ramiz Xəlifəzadə
Xəlifəzadə Ramiz Müzəffər oğlu
Ramiz Xəlifəzadə
Ramiz Xəlifəzadə.
Doğum tarixi 6 iyun 1927(1927-06-06)
Doğum yeri Nuxa (indiki Şəki), Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 29 iyul 2014 (87 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Krivoy Roq Mədənçilik İnstitutunun (indiki Krivoy Roq Milli Universiteti), dağ elektro-mexanika şöbəsi (1949–1953)

Haqqında məlumatlar

6 iyun 1927-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1949 – 1953-cü illərdə Krivoy Roq Mədənçilik İnstitutunun (indiki Krivoy Roq Milli Universiteti) dağ elektro-mexanika şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti

1953 – 1956-cı illərdə Bakı V.İ.Lenin adına Toxuculuq Kombinatının elektrik şöbəsində mühəndis,

1957 – 1966-cı illərdə Nuxa Elektrik Şəbəkəsində mühəndis,

1966 – 1976-cı illərdə Nuxa/Şəki rayonlararası radio-televiziya atelyesinin rəisi,

1976 – 1998 illərdə Bakı Tibb Avadanlıqlarının Təmiri Zavodunun Şəki rayonlararası filialının müdiri olub.

Pedaqoji fəaliyyəti

Şəki şəhər 7 №-li orta məktəbində müəllim işləyib.

Vəfatı

29 iyul 2014-ci il tarixdə – 87 yaşında, Şəkidə vəfat edib.

Ailəsi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji-kəşfiyyat fakültəsinin məsləhətçi-professoru Çingiz Xəlifəzadənin qardaşı,

Görkəmli heykəltəraş-monumentalist Fuad Əbdürrəhmanovun (1915–1971) bibisi oğludur.