Rasim Mustafayev: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Sətir 66: Sətir 66:


==Ailəsi==
==Ailəsi==
Atası Fərman Mustafayev və anası Nuriyyə Mustafayeva (Abdullayeva) Şəkinin tanınmış pedaqoqlarından olublar,şəhər 19  orta məktəbdə müəllim işləyiblər.


Həyat yoldaşı:
Həyat yoldaşı:

15:05, 16 iyun 2020 versiyası

Rasim Mustafayev
Mustafayev Rasim Fərman oğlu
Rasim Mustafayev
Rasim Mustafayev,
Doğum tarixi 31 avqust 1950-ci il
Doğum yeri Nuxa,Azərbaycan SSR
Vətəndaşlıq Rusiya Federasiyası
Elm sahəsi kimya
Elmi adı kimya elmləri namizədi

Rasim Mustafayev (Mustafayev Rasim Fərman oğlu; d. 31 avqust 1950-ci ildə, Nuxa, Azərbaycan SSR,) – kimya elmləri namizədi (1977),ixtiraçı alim, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının müxbir üzvü (2002),Novosibirsk şəhərində "Elmi tədqiqatlar və kimyəvi maddələr" müəssisəsinin direktoru.

Haqqında məlumatlar

1950-ci ildə Nuxada anadan olub.

1966-cı ildə Nuxa şəhər M.Qorki adına 10 nomrəli orta məktəbi gümüş medalla bitirib.

1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) kimya fakultəsində təhsil alıb.

1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri -Üzvi Kimya İnstitutunda əmək fəaliyyətinə başlayıb.

1972-ci ildə SSRİ Elmlər Akademiyasının Sibir şöbəsinin ( Novosibirsk şəhəri) Qeyri -Üzvi Kimya İnstitunun Aspiranturasına qəbul olmuşdur.

1977-ci ildə Kimya Elmləri Namizədi elmi dərəcəsi almaq üçün "Platin qrupu metallarının müxtəlif mürəkkəb materiallardan selektiv ayrılması və onların mikro miqdarıının atom- absorbsiya üsulu ilə təyin olunması" mövzusunda dissertasiya müdafıə edib.

1977- 1998-ci illərdə Novosibirsk şəhərində "Elmi -tədqiqat kimya texnologiyasi İnstitutunda əvvəl baş elmi işçi, 1980-cı ildən laboratoriya müdiri,1985-ci ildən şöbə müdiri, 1991-ci ildən elmi işlər uzrə direktor müavini vəzifələrində işləyib.

1998-ci ildən yeni keyfiyyətli, ekoloji cəhətdən təhlükəsiz olan kimyəvi maddələrin alinması və istehsalı ilə məşğul olan "Elmi tədqiqatlar və kimyəvi maddələr" müəssisəsində direktor vəzifəsində işləyir.

Elmi nailiyyətləıri

  • 72 elmi əsərin, 27 ixtiranın müəllifidir. İxtiralarından 2-sinə Almaniyada patent verilib.
  • 1985-ci ildə RSFSR-in Novosibirsk vilayətinin "Ən yaxşı ixtiraçı"sı adına layiq görülüb.
  • 2002-ci ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının müxbir üzvü seçilib.

Ailəsi

Atası Fərman Mustafayev və anası Nuriyyə Mustafayeva (Abdullayeva) Şəkinin tanınmış pedaqoqlarından olublar,şəhər 19 orta məktəbdə müəllim işləyiblər.

Həyat yoldaşı:

Mustafayeva Tamara Filippovna,hüquqşünasdır.

Övladları:

Mustafayev Nazim Rasim oğlu,tibb elmləri namizədi,damar cərrahı-fleboloqdur.

Mustafayeva Leyla Rasim qızı,həkimdir.

Mustafayeva Elnarə Rasim qızı, huquqşunasdır.