Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Rasim Mustafayev

Şəki Ensiklopediyası səhifəsi
Elxanabdullayev (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:26, 16 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rasim Mustafayev
Rasim Mustafayev
Mustafayev Rasim Fərman oğlu
Doğum tarixi 31 avqust 1950-ci il
Doğum yeri Nuxa,Azərbaycan SSR
Elm sahəsi kimya
Elmi adı kimya elmləri namizədi

1966-cı ildə Şəki şəhər 10 nomrəli orta məktəbi gümüş medalla bitirib, həmin ildə yalniz bir imtahan verib 5(əla) qiymət alaraqAzərbaycan Dövlət Universitetinin kimya fakultəsinə qəbul olunmuşdur.

1971-ci ildə Universiteydə təhsilini başa vurduqdan sonra, Azərbaycan Elmlər Akademiyasının Qeyri -Üzvi Kimya İnstitutuna işə göndərilib. 1972-ci ildə Novosibirsk şəhərində SSRİ Elmlər Akademiyasının Sibir şöbəsinin Qeyri -Üzvi Kimya İnstitunun Aspiranturasına qəbul olmuşdur. 1977-ci ildə Kimya Elmləri Namizədi elmi dərəcəsi almaq üçün dissertasiya müdafıə etmişdir. Dissertasiya platin qrupu metallarının müxtəlif mürəkkəb materiallardan selektiv ayrılmasına və onların mikro miqdaeının atom- absorbsiya təyin olunmasına həsr olunub. Elmi işin nəticələri bir sıra Kimya zavod və müəssisələrində öz tətbiqino tapıb. Elmi dərəcə aldiqdan sonra Novosibirskdə "Elmi -təxqiqat kimya texnologiyasi İnstitutuna' işləməyə gondəeilib. Əvvəl baş elmi işçi, 1980-cı ildən laboratoriya müdiri,1985-ci ildən şöbə müdiri, 1991-ci ildən elmi işlər uzrə direktor müavini işləmişdir. Bu müddətdə gördüyü1998-ci ildən "Elmi tədqiqatlar və kimyəvi maddələr 'müəssisəsində direktor vəzifəsində işləyir.Muəssisə muxtəlif müəssisələrin sifarişi ilə yeni keyfiyyətli, ekoloji cəhətdən təhlükəsiz olan kimyəvi maddələrin alinması və istehsalı ilə məşğuldur. 72 elmi əsərin, 27 ixtiranın müəllifidir. İxtiralardan 2-sinə Almaniyada patent verilib. 1985-ci ildə Novosibirsk oblastının ən yaxşı ixtiraçısı adına layiq görülüb. 2002-ci ildə Rusiyanın Keyfiyyət Problemləri Akademiyasının müxbir üzvü seçilib. Ailəlidir. Həyat yoldaşı: Mustafayeva Tamara Filippivna, uşaqları: Mustafayev Nazim Rasim oğlu, Rusiyada məşhur damar cərrahı, fleboloqdur. Qızı Mustafayeva Leyla Rasim qızı həkimdir, . Qızı Mustafayeva Elnarə huquqşunaslıq ixtisasına yiyiələnib.