Rasim Mustafayev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Rasim Mustafayev
Mustafayev Rasim Fərman oğlu
Rasim Mustafayev
Rasim Mustafayev, 2020-ci il.
Doğum tarixi 31 avqust 1950 (1950-08-31) (73 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Rusiya
Elm sahəsi kimya
Elmi adı kimya elmləri namizədi
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi (1966–1971)

SSRİ Elmlər Akademiyasının Sibir şöbəsinin (Novosibirsk şəhəri) Qeyri-Üzvi Kimya İnstitutunun aspiranturası (1972–1974)
Uşaqları Nazim, Leyla və Elnarə
Atası Fərman Mustafayev
Anası Nuriyyə Mustafayeva (Abdullayeva)

Rasim Mustafayev — kimya elmləri namizədi, ixtiraçı alim, Novosibirsk şəhərində fəaliyyət göstərən “Elmi tədqiqatlar və kimyəvi məhsullar” müəssisəsinin (Açıq Səhmdar Cəmiyyət) elmi rəhbəri və direktoru.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

31 avqust 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1966-cı ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini gümüş medalla bitirib.

1966 – 1971-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb.

1972-ci ildə SSRİ Elmlər Akademiyasının Sibir şöbəsinin (Novosibirsk şəhəri) Qeyri-Üzvi Kimya İnstitutunun aspiranturasına qəbul olunub.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1971-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Qeyri-Üzvi Kimya İnstitutunda əmək fəaliyyətinə başlayıb.

1977 – 1998-ci illərdə Novosibirsk şəhərində – Kimya Texnologiyası Elmi-Tədqiqat İnstitutunda, əvvəl baş elmi işçi,

1980-cı ildən laboratoriya müdiri,

1985-ci ildən şöbə müdiri,

1991-ci ildən elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb.

1998-ci ildən yeni keyfiyyətli, ekoloji cəhətdən təhlükəsiz olan kimyəvi məhsulların alınması və istehsalı ilə məşğul olan “Elmi tədqiqatlar və kimyəvi məhsullar” müəssisəsinin elmi rəhbəri və direktoru vəzifəsində işləyir.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1977-ci ildə “Platin qrupu metallarının müxtəlif mürəkkəb materiallardan selektiv ayrılması və onların mikro miqdarının atom-absorbsiya üsulu ilə təyin olunması” adlı elmi mövzuda namizədlik dissertasiyası müdafiə edib.

72 elmi əsərin, 27 ixtiranın müəllifidir. İxtiralarından 2-sinə Almaniyada patent verilib.

Digər[Vizual redaktə | HTML redaktə]

2002-ci ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının müxbir üzvü seçilib.

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Babası (atasının atası): Veysəl Mustafayev (1909–1971), 1940-cı illərdə Azərbaycan KP Samux rayon komitəsinin birinci katibi olub.

Atası: Fərman Mustafayevanası: Nuriyyə Mustafayeva (Abdullayeva) Şəkinin tanınmış pedaqoqlarından olublar, Şəki şəhər 19 nömrəli orta məktəbdə müəllim işləyiblər və hər ikisi vəfat edib.

Həyat yoldaşı: Mustafayeva Tamara Filippovna, hüquqşünasdır.

Övladları:

  • Mustafayev Nazim, tibb elmləri namizədi, damar cərrahı-fleboloqdur.
  • Mustafayeva Leyla, həkimdir.
  • Mustafayeva Elnarə, hüquqşünasdır.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

  • 1985-ci ildə RSFSR-in Novosibirsk vilayətinin “Ən yaxşı ixtiraçı”sı adına layiq görülüb.
  • 2018-ci ildə Novosibirsk şəhərinin əsasının qoyulmasının 125 illiyi münasibətilə “Şəhərin rifahı üçün əməyə görə” xatirə doş nişanı ilə təltif edilib.
  • 2011-ci ildə rəhbəri olduğu “Elmi tədqiqatlar və kimyəvi məhsullar” müəssisəsi Rusiya Federasiyası “Qızıl Merkuri” Milli mükafatının (innovativ fəaliyyət sahəsində) laureatı olmuşdur.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Mustafayev Rasim // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 292-293. — 600 nüsx. — ISBN 5-8066-1708-4.