Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Rauf Qədimov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Rauf Qədimov
Qədimov Rauf Mustafa oğlu
Rauf Qədimov
Rauf Qədimov.
Doğum tarixi 17 oktyabr 1942 (1942-10-17) (79 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi texnika
İş yeri AMEA İdarəetmə Sistemləri İnstitutu (ümumi işlər üzrə direktor müavini)
Elmi dərəcəsi texnika elmləri namizədi
Elmi adı dosent
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, istehsal proseslərinin avtomatlaşdırılması fakültəsi, avtomatika və telemexanika ixtisası (1959–1964)
Atası Mustafa Qədimov
Anası Nazan Əliabbas qızı
facebook səhifəsi

Rauf Qədimov — texnika elmləri namizədi, dosent, AMEA İdarəetmə Sistemləri İnstitutunun ümumi işlər üzrə direktor müavini.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

17 oktyabr 1942-ci il tarixdə Nuxada (indiki Şəkidə) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1959-cu ildə Nuxa şəhər M.Füzuli adına 3 №-li orta məktəbini qızıl medalla,

1964-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsini (avtomatika və telemexanika ixtisası üzrə) fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1964-cü ildən Azərbaycan SSR EA Hesablama Mərkəzində/AMEA Kibernetika İnstitutunda işləyir; o cümlədən, əvvəl laborant, sonra baş laborant, daha sonra mühəndis, böyük mühəndis, elmi işçi, qrup rəhbəri, laboratoriya müdiri vəzifələrində çalışmış, 2002-ci ildən ümumi işlər üzrə institutun direktor müavini olmuşdur.

İkinci iş yerləri[redaktə | HTML redaktə]

2003-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin informasiya texnologiyaları və sistemləri kafedrasında,

2013-cü ildən Azərbaycan Texniki Universitetinin kompüter sistemləri və şəbəkələri kafedrasında dosent vəzifəsində (0,5 ştat) çalışır.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1989-cu ildə “Diskretləmə addımını avtomatik təyin etməklə kəsilməz siqnalları çevirən, sıxan və ötürən çoxkanallı ölçmə sistemi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 46, xaricdə çıxmış elmi əsərlərinin sayı 5, müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 46-dır.

Ailəsi[redaktə | HTML redaktə]

Bir sıra sənaye müəssisələrinin, o cümlədən, V.İ.Lenin adına Nuxa İpək Kombinatının direktoru vəzifəsində çalışmış, həmçinin, bir müddət Nuxa şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuş tanınmış energetik-mühəndis və rəhbər kadr Mustafa Qədimovun ortancıl oğlu, həkim və siyasi fəal Əliabbas Qədimovun (1937-ci il repressiyası qurbanı) qız nəvəsidir.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Qədimov Rauf // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 329-330. — 1.000 nüsx.
  2. "İdarəetmə Sistemləri İnstitutu fəlsəfə doktorları/Qədimov Rauf Mustafa oğlu". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 24 Jun 2017 – 16 Feb 2020 tarixində arxivləşdirilib.
  3. Göyçəli M. Mustafa Qədimov / Nəsillərə nümunə şərəfli ömür yolu // XX-XXI əsrin yaradıcı və ziyalı insanları. — Bakı, 2014. — X hissə  cild. — Səh.: 200.