Rauf Qədimov — texnika elmləri namizədi, dosent, AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi.

Rauf Qədimov
Qədimov Rauf Mustafa oğlu
Rauf Qədimov
Rauf Qədimov.
Doğum tarixi 17 oktyabr 1942 (1942-10-17) (81 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi texnika
İş yeri AMEA İdarəetmə Sistemləri İnstitutu, aprarıcı elmi işçi
Elmi dərəcəsi texnika elmləri namizədi
Elmi adı dosent
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, istehsal proseslərinin avtomatlaşdırılması fakültəsi, avtomatika və telemexanika ixtisası (1959–1964)
Atası Mustafa Qədimov
Anası Nazan Əliabbas qızı
facebook səhifəsi

Haqqında məlumatlar Redaktə

17 oktyabr 1942-ci il tarixdə Nuxada (indiki Şəkidə) anadan olub.

Təhsili Redaktə

1959-cu ildə Nuxa şəhər M.Füzuli adına 3 №-li orta məktəbini qızıl medalla,

1964-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsini (avtomatika və telemexanika ixtisası üzrə) fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyəti Redaktə

1964-cü ildən Azərbaycan SSR EA Hesablama Mərkəzində/AMEA Kibernetika İnstitutunda işləyir; o cümlədən, əvvəl laborant, sonra baş laborant, daha sonra mühəndis, böyük mühəndis, elmi işçi, qrup rəhbəri, laboratoriya müdiri,

2002 – 2021-ci illərdə ümumi işlər üzrə institutun direktor müavini,

2021-ci ildən isə aparıcı elmi işçi vəzifəsini tutub.

İkinci iş yerləri Redaktə

2003-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin informasiya texnologiyaları və sistemləri kafedrasında,

2013 – 2019-cu illərdə Azərbaycan Texniki Universitetinin kompüter sistemləri və şəbəkələri kafedrasında dosent vəzifəsində (0,5 ştat) çalışıb.

Elmi fəaliyyəti Redaktə

1989-cu ildə “Diskretləmə addımını avtomatik təyin etməklə kəsilməz siqnalları çevirən, sıxan və ötürən çoxkanallı ölçmə sistemi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 46, xaricdə çıxmış elmi əsərlərinin sayı 5, müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 46-dır.

Ailəsi Redaktə

Bir sıra sənaye müəssisələrinin, o cümlədən, V.İ.Lenin adına Nuxa İpək Kombinatının direktoru vəzifəsində çalışmış, həmçinin, bir müddət Nuxa şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuş tanınmış energetik-mühəndis və rəhbər kadr Mustafa Qədimovun ortancıl oğlu, 1937-ci il repressiyası qurbanı olmuş həkim və siyasi fəal Əliabbas Qədimovun qız nəvəsidir.

Ədəbiyyat Redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Qədimov Rauf // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 329-330. — 1.000 nüsx.
  2. "İdarəetmə Sistemləri İnstitutu fəlsəfə doktorları/Qədimov Rauf Mustafa oğlu". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 24 Jun 2017 – 16 Feb 2020 tarixində arxivləşdirilib.
  3. Göyçəli M. Mustafa Qədimov / Nəsillərə nümunə şərəfli ömür yolu // XX-XXI əsrin yaradıcı və ziyalı insanları. — Bakı, 2014. — X hissə  cild. — Səh.: 200.