Rauf Quliyev
Rauf Quliyev | |
---|---|
Quliyev Rauf Ələfsər oğlu | |
Rauf Quliyev (17.11.2018) | |
Doğum tarixi | 18 oktyabr 1953 |
Doğum yeri | Bakı, Azərbaycan SSR SSRİ |
Vəfat tarixi | 4 sentyabr 2024 (70 yaşında) |
Vətəndaşlıq | SSRİ → Azərbaycan |
Elm sahəsi | tibb |
İş yeri | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası, əməliyyat və rezidentura şöbəsi (şöbə müdiri) |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutu (–1975) |
Həyat yoldaşı | Səmədova Elvina |
Evladları | Anar Quliyev və Lalə Mirzəxanova |
Atası | Ələfsər Quliyev |
Anası | Yaqut Məmmədova |
Mükafatları |
Rauf Quliyev (1953–2024) — tanınmış həkim-cərrah, uşaq cərrahı, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının əməliyyat və rezidentura şöbəsinin müdiri.
Haqqında məlumatlar
18 oktyabr 1953-cü il tarixdə Bakıda anadan olub.
Təhsili
1975-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirib.
Əmək fəaliyyəti
1978 — 2002-ci illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirə İnstitutunun cərrahiyyə kafedrasında əvvəl baş laborant, sonra assistent, daha sonra dosent və nəhayət, professor vəzifəsini tutub.
2002-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında çalışır.
Elmi fəaliyyəti
1976-cı ildə namizədlik,
1992-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
Elmi tədqiqatlarının əsas istiqaməti cərrahi infeksiya, addominal və uşaq cərrahiyyəsi, habelə tibdə etik məsələlər üzrə mövzulardır.
212-dən çox elmi əsərin, o cümlədən, 11 monoqrafiyanın müəllifi, “Cərrahiyyə üzrə həkimlər üçün təhsili başa vurduqdan sonra vahid proqram” adlı tədris-metodik vəsaitinin həmmüəllifidir. Həmçinin, 60 ixtiranın, 6 patentin, bir neçə rasional təklifin də müəllifidir.
Digər
“Lazer in Medical Science” (London, Böyük Britaniya) jurnalının redaksiya heyətinin üzvüdür.
Təltif və mükafatları
Vəfatı
4 sentyabr 2024-cü il tarixdə – uzun sürən xəstəlikdən sonra 70 yaşında vəfat edib.
Ədəbiyyat
- Quliyev Rauf : [arx. 22 Jan 2019 - 3 Jul 2020] // Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası. — Müraciət tarixi: 09.07.2022.
- Zöhrabov F. Tanınmış cərrah vəfat etdi : [arx. 04.09.2024] // Trend. — 2024. — 4 sentyabr. — Müraciət tarixi: 04.09.2024.
Nəsil şəcərəsi
Ağamusa | |||||||||||||||||||||||||||||||||||||||||||||
Quliyev Hüseyn | Məmmədov Əkbərağa | Məryam | |||||||||||||||||||||||||||||||||||||||||||
Quliyev Ələfsər | Məmmədova Yaqut | Səmədov Zahid | |||||||||||||||||||||||||||||||||||||||||||
Quliyev Rauf | Səmədova Elvina | ||||||||||||||||||||||||||||||||||||||||||||
Quliyeva Arina | Quliyev Anar | Mirzəxanova Lalə | Mirzəxanov Fuad | ||||||||||||||||||||||||||||||||||||||||||
Quliyeva Əminə | Quliyev İrşad | Quliyeva Amaliya | Quliyev İlyas | Mirzəxanova Nəzrin | Mirzəxanov Fariz | ||||||||||||||||||||||||||||||||||||||||
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- R
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış həkimlər
- 1953-cü ildə doğulanlar
- 18 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 4 sentyabrda vəfat edənlər
- Sentyabrda vəfat edənlər
- 2024-cü ildə vəfat edənlər
- Azərbaycan Respublikasının əməkdar həkimləri
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr