Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Ruslan İbrahimov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 2: Sətir 2:
 
{{Rəssam
 
{{Rəssam
 
  |Adı              = Ruslan İbrahimov
 
  |Adı              = Ruslan İbrahimov
  |Orijinal adı    = İbrahimov Ruslan Xeyrəddin oğlu
+
  |Orijinal adı    = ''İbrahimov Ruslan Xeyrəddin oğlu''
 
  |Şəkil            = Ruslan_İbrahimov.jpg
 
  |Şəkil            = Ruslan_İbrahimov.jpg
 
  |Şəklin ölçüsü    =  
 
  |Şəklin ölçüsü    =  
Sətir 92: Sətir 92:
 
Şəkil: Ruslan İbrahimov20.jpg|
 
Şəkil: Ruslan İbrahimov20.jpg|
 
</gallery>
 
</gallery>
 +
{{Yaxşı məqalə}}

23:39, 3 dekabr 2020 versiyası

Ruslan İbrahimov
İbrahimov Ruslan Xeyrəddin oğlu
Ruslan İbrahimov
Ruslan İbrahimov, 2019-cu il
Doğum tarixi 9 fevral 1986 (1986-02-09) (38 yaş)
Doğum yeri Aravan rayunu, Flag of the Kirghiz Soviet Socialist Republic.svg Qırğızıstan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili
  • Şəki Pedaqoji Texnikumu, incəsənət fakültəsi (2003 – 2006)
  • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (2006 – 2010)

Ruslan İbrahimov (İbrahimov Ruslan Xeyrəddin oğlu; d.  9 fevral 1986-cı ildə, Aravan rayonu, Qırğızıstan SSR, SSRİ) – ali təhsilli rəssam, memar-dizayner, “Eliteja” şirkətlər qrupunun baş memar-dizayneri. Azərbaycanda bir sıra görkəmli, dövlət əhəmiyyətli binaların dizayn, dizayn konsepti, daxili memarlıq həlli layihələrini hazırlayıb.

Haqqında məlumatlar

1986-cı ildə Qırğızıstan SSR-nin Aravan rayonunda anadan olub.

1990-cı ildə ailəsi ilə birlikdə Şəki rayonunun Aydınbulaq kəndinə köçüb.

Təhsili

1992 – 2003-cü illərdə Aydınbulaq kənd orta məktəbində oxuyub.

2003 – 2006-cı illərdə həm Şəki Pedaqoji Texnikumunun incəsənət fakültəsində təhsil alıb, həm də Fuad Abdurrəhmanov adına Şəki 1 saylı Uşaq İncəsənət məktəbində Səbuhi Məmmədovdan rəssamlığın sirlərini öyrənib.

2006 – 2010-cu illərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.

İş təcrübəsi

2006 – 2010-cu illərdə “Perfect duha” kurslarında qrafik proqramlarından (3D max, V-Ray, Autocad, Photoshop) müəllim;

2009 – 2011-ci illərdə “Həsənoğlu” LTD şirkətində memar-dizayner və rəssam;

2011 – 2013-cü illərdə “Arch Style” MMC-də dizayner;

2013 – 2015-ci illərdə “PLZ” MMC-də baş memar-dizayner;

2015 – 2016-cı illərdə “Karaca” şirkətlər qrupunda dizayner;

2016-cı ildən “Eliteja” şirkətlər qrupunda baş memar-dizayner.

Yaradıcılığı

“Arch Style” MMC-də işlədiyi müddətdə layihələri (2011-2013)

  1. Bakı şəhəri Günəşli qəsəbəsində Şahmat məktəbinin dizayn işləri;
  2. Qax İdman Olimpiya Kompleksinin giriş hissəsinin dizaynı;
  3. Göyçay rayonunda “Gənclər Mərkəzi”nin dizayn işləri;
  4. Tofiq Bəhramov adına stadionun VİP kabineti və yan kabinetlərinin dizaynı;
  5. Şamaxı Gənclər Mərkəzinin dizaynı;
  6. Tərtər İdman Olimpiya Kompleksinin dizayn konsepti;
  7. Tərtər Mehmanxanasının dizaynı.

“PLZ” MMC-də işlədiyi müddətdə layihələri (2013-2015)

  1. Mərdəkanda fərdi yaşayış villaların memarlıq həlli;
  2. Kürdəmirdə ATS binasının daxili memarlıq həlli;
  3. Bakıda 28 mayda Poçt binasının giriş hissəsinin eskizi.

“Karaca” şirkətlər qrupunda işlədiyi müddətdə layihələri (2015-2016)

  1. Türkiyədə “Tubitak” binasının konsepti;
  2. Türkiyədə “Tubitak” hotelinin konsepti;
  3. Türkiyədə “Martek Kulucka Mərkəzi”nin dizayn konsepti.

Şablon:Yaxşı məqalə