Ruslan İbrahimov — tanınmış rəssam və memar-dizayner, “Eliteja” şirkətlər qrupunun baş memar-dizayneri. Azərbaycanda bir sıra görkəmli, dövlət əhəmiyyətli binaların dizaynını, dizayn konseptini, daxili memarlıq həlli layihələrini hazırlayıb.

Ruslan İbrahimov
İbrahimov Ruslan Xeyrəddin oğlu
Ruslan İbrahimov
Ruslan İbrahimov, 2019-cu il.
Doğum tarixi 9 fevral 1986 (1986-02-09) (38 yaş)
Doğum yeri Aravan rayunu, Flag of the Kirghiz Soviet Socialist Republic.svg Qırğızıstan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Şəki Pedaqoji Texnikumu, incəsənət fakültəsi (2003–2006)

 • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (2006–2010)
facebook səhifəsi

Haqqında məlumatlar

9 fevral 1986-cı il tarixdə Qırğızıstan SSR-nin Aravan rayonunda anadan olub.

1990-cı ildə ailəliklə Şəki rayonunun Aydınbulaq kəndinə kəndinə köçüblər.

Təhsili

1992 – 2003-cü illərdə Aydınbulaq kənd orta məktəbində oxuyub.

2003 – 2006-cı illərdə həm Şəki Pedaqoji Texnikumunun incəsənət fakültəsində təhsil alıb, həm də Fuad Abdurrəhmanov adına Şəki 1 saylı Uşaq İncəsənət məktəbində Səbuhi Məmmədovdan rəssamlığın sirlərini öyrənib.

2006 – 2010-cu illərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.

İş təcrübəsi

2006 – 2010-cu illərdə “Perfect duha” kurslarında qrafik proqramlarından (3D max, V-Ray, Autocad, Photoshop) müəllim;

2009 – 2011-ci illərdə “Həsənoğlu” LTD şirkətində memar-dizayner və rəssam;

2011 – 2013-cü illərdə “Arch Style” MMC-də dizayner;

2013 – 2015-ci illərdə “PLZ” MMC-də baş memar-dizayner;

2015 – 2016-cı illərdə “Karaca” şirkətlər qrupunda dizayner;

2016-cı ildən “Eliteja” şirkətlər qrupunda baş memar-dizayner.

Yaradıcılığı

“Arch Style” MMC-də işlədiyi müddətdə layihələri (2011-2013)

  • Bakı şəhəri Günəşli qəsəbəsində Şahmat məktəbinin dizayn işləri;
  • Qax İdman Olimpiya Kompleksinin giriş hissəsinin dizaynı;
  • Göyçay rayonunda “Gənclər Mərkəzi”nin dizayn işləri;
  • Tofiq Bəhramov adına stadionun VİP kabineti və yan kabinetlərinin dizaynı;
  • Şamaxı Gənclər Mərkəzinin dizaynı;
  • Tərtər İdman Olimpiya Kompleksinin dizayn konsepti;
  • Tərtər Mehmanxanasının dizaynı.

“PLZ” MMC-də işlədiyi müddətdə layihələri (2013-2015)

  1. Mərdəkanda fərdi yaşayış villaların memarlıq həlli;
  2. Kürdəmirdə ATS binasının daxili memarlıq həlli;
  3. Bakıda 28 mayda Poçt binasının giriş hissəsinin eskizi.

“Karaca” şirkətlər qrupunda işlədiyi müddətdə layihələri (2015-2016)

  • Türkiyədə “Tubitak” binasının konsepti;
  • Türkiyədə “Tubitak” hotelinin konsepti;
  • Türkiyədə “Martek Kulucka Mərkəzi”nin dizayn konsepti.