Ruslan Sadıqov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Ruslan Sadıqov
Sadıqov Ruslan Amiraslan oğlu
Ruslan Sadıqov
Ruslan Sadıqov.
Doğum tarixi 31 dekabr 1987(1987-12-31)
Doğum yeri Təpəcənnət, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 7 noyabr 2020 (32 yaşında)
Vəfat yeri Şuşa rayonu, Azərbaycan
Dəfn yeri Cəfərabad kəndinin qəbiristanlığı, Şəki rayonu, Azərbaycan
Vəfat səbəbi döyüşdə şəhid olub
Vətəndaşlıq SSRİ Azərbaycan
Mənsubiyyəti Azərbaycan Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyi
Uşaqları Nuray, Aylin və Ehsan
Atası Amiraslan
Anası Qaragöz
Həyat yoldaşı Fidan
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Xidmət illəri 2008 – 2020
Rütbə baş çavuş
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Şuşanın azad olunmasına görə" medalı — 2020"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı — 2008"Qüsursuz xidmətə görə" III dərəcəli medalı — 2018

Ruslan Sadıqov (1987–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

31 dekabr 1987-ci il tarixdə Şəki rayonunun Təpəcənnət kəndində anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1994-cü ildə Təpəcənnət kənd natamam orta məktəbində,

1995 – 2004-cü illərdə Şəki rayonu Cəfərabad kənd tam orta məktəbində,

2004 – 2005-ci illərdə isə Şəki şəhər 5 saylı tam orta məktəbində təhsil alıb.

Hərbi xidmətdə[Vizual redaktə | HTML redaktə]

2006 – 2008-ci illərdə həqiqi hərbi xidmətdə olub.

2008-ci ildə Zaqatala rayonunda yerləşən daxili qoşunların «N» saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmətə başlayıb.

2020-ci ilin sentyabr ayında başlayan Vətən müharibəsində iştirak edib.

Şəhid olması[Vizual redaktə | HTML redaktə]

7 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

10 noyabr 2020-ci il tarixdə Cəfərabad kəndinin kənd qəbiristanlığında dəfn edilib.

Təlti və mükafatları[Vizual redaktə | HTML redaktə]

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Ailədə bir bacı və bir qardaş olublar. Ailəli idi. Nuray və Aylin adlarında 2 qızı, Ehsan adlı (şəhid olarkən hələ bir yaşı tamam olmamışdı) 1 oğlu var.

İstinadlar[Vizual redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : RUSLAN Amiraslan oğlu Sadıqov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
  2. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 4 Jan 2021 - 8 Jan 2021] // E-qanun.az. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 03.01.2022.

Həmçinin, bax:[Vizual redaktə | HTML redaktə]