Rəna Abbasova

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 14:58, 20 yanvar 2022 tarixli redaktə
Rəna Abbasova
Abbasova Rəna Hamlet qızı
Rəna Abbasova
Rəna Abbasova.
Doğum tarixi 30 iyul 1982 (1982-07-30) (41 yaş)
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Uşaqları Nigar və Aylin
Atası Hamlet Abbasov
Anası Elmira Abbasova
Vətəndaşlıq Azərbaycan→ ABŞ
Təhsili

 • Azərbaycan Tibb Universiteti, stomatologiya fakültəsi (1999–2004)

 • Nyu-York Universiteti, ağız boşluğu patologiyası və üz-çənə cərrahiyyəsi ixtisası (2009–2013)

Rəna Abbasova — ABŞ azərbaycanlı icmasının görkəmli nümayəndəsi, Nyu-York (ABŞ) Şəhər Meriyası Beynəlxalq Əlaqələr İdarəsində protokol şöbəsinin müdiri.

Haqqında məlumatlar

30 iyul 1982-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1999-cu ildə Bakı şəhər 249 saylı tam orta məktəbini bitirib.

1999 – 2004-cü illərdə Azərbaycan Tibb Universitetində stomatoloq ixtisası üzrə,

2009 – 2013-cü illərdə isə Nyu-York Universitetində ağız boşluğu patologiyası və üz-çənə cərrahiyyəsi ixtisası üzrə təhsil alıb.

2016 – 2021-ci illər arasında ABŞ-da beynəlxalq əlaqələr və idarəçilik üzrə müxtəlif kursları bitirib.

Əmək fəaliyyəti

2013 – 2018-ci illərdə Azərbaycan – Amerika Cəmiyyətinin (ABŞ) bölgə direktoru,

2016 – 2021-cı illərdə Bruklin (Nyu-York, ABŞ) bələdiyyəsi başçısının müşaviri vəzifəsində çalışıb.

2022-ci ildən Nyu-York Şəhər Meriyası Beynəlxalq Əlaqələr İdarəsində protokol şöbəsinin müdiridir.

Ədəbiyyat

  1. ABŞ-ın Nyu-York meriyasında azərbaycanlı yüksək vəzifəyə təyin olunub : [arx. 12.01.2022] // Report.az. — 2022. — 9 yanvar. — Müraciət tarixi: 17.01.2022.

Video-çarx