Süleyman Süleymanlı

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 14:39, 27 iyun 2022 tarixli redaktə
Süleyman Süleymanlı
Süleymanlı Süleyman Taleh oğlu
Süleyman Süleymanlı
Süleyman Süleymanlı.
Ölkə Azərbaycan
Doğum tarixi 20 oktyabr 2006 (2006-10-20) (17 yaş)
Doğum yeri Şəki, Azərbaycan
Titulu FİDE Ustası (FM)
FİDE reytinqi 2400-dən az (aprel 2022)
facebook səhifəsi
Fayl:Süleyman Süleymanlı2022.jpg
Süleyman Süleymanlı (sağdan birinci), 24 iyun 2022-ci il tarixdə Azərbaycan Şahmat Çempionatıda, öz yaş qrupunda 2-ci yeri tutduğuna görə mükafatlandırılarkən.

Süleyman Süleymanlı — yeniyetmə Azərbaycan şahmatçısı, FİDE Ustası (FM)[1].

Haqqında məlumatlar

20 oktyabr 2016-cı il tarixdə Şəkidə anadan olub.

Təhsili

Şəki şəhər 5 №-tam orta məktəbdə təhsil alır.

Şahmatçı fəaliyyəti (əsas uğurları)

2015-ci ildə məktəblilərin şahmat üzrə Avropa çempionatında — qızıl medal (U09 yaş kateqoriyası, oğlanlar arasında)[2].

17 – 27 aprel 2019-cu il tarixləri arasında Antalyada (Türkiyə) keçirilən 7 – 17 yaşadək məktəblilər arasında şahmat üzrə Dünya çempionatı — gümüş medal (U13 yaş kateqoriyası, oğlanlar arasında)[3] və FCM (FİDE Ustalığa namizədi) adı.

10 – 16 aprel 2022-ci il tarixləri arasında Naxçıvanda keçirilmiş beynəlxalq “Second Sunday” (İM tournament – beynəlxalq usta normativi) şahmat turnirində — 1-ci yer və FM (FİDE Ustası) adı.

15 – 24 iyun 2022-ci il tarixləri arasında Bakıda keçirilmiş sahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan birinciliyində — 2-ci yer (U16 yaş kateqoriyası, oğlanlar arasında) və Avropa çempionatına vəsiqə.

İstinadlar